Növbə general Movsesə çatdı? - Qarabağdan İrəvana qoşun göndərmişdi...

Növbə general Movsesə çatdı? - Qarabağdan İrəvana qoşun göndərmişdi...

Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi, qondarma “dqr”in keçmiş “müdafiə naziri” general Movses Akopyan 2008-ci il 1 mart hadisələrinin istintaqına cəlb edilib və Xüsusi İstintaq Xidməti tərəfindən dindirilib.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Ermənistanda nəşr edilən “Jamanax” qəzeti yazır.

Hazırda Ermənistanın baş hərbi müfəttişi olan Akopyan Dağlıq Qarabağdan mülki şəxslərin və hərbçilərin həmin hadisələr zamanı İrəvana göndərilməsi epizodu üzrə dindirilib.

Bundan əvvəl Akopyan özü jurnalistlərə Dağlıq Qarabağ “ordusunun” 2008-ci ilin martında Yerevanda nümayişçilərə qarşı istifadə edilməsi haqda deyilənləri qəti təkzib etmişdi.

1 mart hadisələrinin istintaqı çərçivəsində keçmiş prezident Robert Köçəryan hazırda həbsdədir, digər keçmiş prezident Serj Sərkisyan da dindirilir və məlumatlara görə onun həbsinə hazırlıq gedir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA