Növbəti sosial evlər satışa çıxarılacaq - TARİX AÇIQLANDI

Növbəti sosial evlər satışa çıxarılacaq - TARİX AÇIQLANDI

Növbəti “Güzəştli mənzil”lərin tikinti işləri davam edir.

Hurriyyet.org xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Xəzər sahilindən cəmi 2 kilometr məsafədə, ekoloji cəhətdən təmiz və yaşayış üçün rahat bir məkanda yerləşən Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir.

Belə ki, gələn ilin birinci yarısında mənzillərin vətəndaşlara təklif edilməsi planlaşdırılır. 11 çoxmənzilli yaşayış binasından ibarət olan Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək. /Lent.az/