“NRYTN bloklanan saytların siyahısından ibarət resurs hazırlamalıydı” - OSMAN GÜNDÜZ

  • 2019-07-18 17:45:00
  • |
  • Aktual /

“NRYTN bloklanan saytların siyahısından ibarət resurs hazırlamalıydı” - OSMAN GÜNDÜZ

“İnterneti ölkəyə gətirən magistral (backbone) provayderlərdən biri , DeltaTelecom elan etdi ki Provayderlər üçün internet xidmətlərinin topdansatış qiymətlərini 70% endirir. Adətən bu cür endirimlərdən sonra Provayderlər də istifadəçilər üçün internet xidmətlərinin qiymətlərini endirirdilər və ya qiymətləri saxlayıb internetin sürətini qaldırırdılar.
Bu dəfə bu, baş vermədi”. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

“Bu məsələni tənzimləməli olan qurum elə NRYTN olduğundan problem öz həllini tapmadı”

“Səbəb isə belə izah olundu ki Nəqliyyat,Ravitə və Yüksək Texnologiylar Nazirliynə (NRYTN) tabe olan və internet bazarının 50%-nə nəzarət edən dövlət provayderləri endirm etməkdən imtina edirlər. Bu məsələni tənzimləməli olan qurum da elə NRYTN olduğundan problem öz həllini tapmadı”,-O. Gündüz əlavə edib.

“Bloklanan saytların siyahısını heç kim bilmir”

O. Gündüz onu da qeyd edib ki, ölkədə xeyli sayt var ki, qanunvericilikdə nəzərdə tutulduğu qaydada bloklanıb: “Bloklanan saytların siyahısını heç kim bilmir. Çünki həmin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna görə NRYTN bloklanan saytların siyahısından ibarət resurs hazırlamalı və bunu açıqlamalı idi.
Bu onlayn resursda “Qara siyahıya” düşən saytların bağlanma səbəbləri qeyd olunmalıydı. Sayta daxil olmaq istədikdə isə bloklanma səbəbi göstərilən mesaj-məhkəmə qərarı görsənməliydi.
NRYTN indiyədək də bu resursu hazırlamayıb”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA