Nüfuzlu “Əl Cəzirə" media şəbəkəsində “İslamın Azərbaycanda canlanması” adlı məqalə dərc olunub - FOTOLAR

Nüfuzlu “Əl Cəzirə" media şəbəkəsində “İslamın Azərbaycanda canlanması” adlı məqalə dərc olunub - FOTOLAR

Qətərin məşhur "Əl Cəzirə" telekanalının ingilis dilindəki internet portalında Azərbaycan haqqında növbəti yazı dərc olunub.

Beynəlxalq Avrasiya Mətbuat Fondundan Hurriyyet.org-a verilən məlumata görə, ​​“İslamın post-sovet Azərbaycanda tədricən canlanması” adlı məqalənin müəllifi hazırda bu tanınmış media orqanında çalışan, azərbaycanlı jurnalist Aysəba Umudludur. Məqalədə Azərbaycanda İslam dininə sitayişin tarixi, islam mədəniyyəti və ölkəmizdəki dini tolerantlıqla bağlı müsbət faktlar sadalanır. Məqalədə Azərbaycanın sevimli muğam ifaçısı Fərqanə Qasımova, Qafqaz müsəlmaları idarəsinin sədr müavini Hacı Salman Musayevin və ilahiyyatçı ekspert Aqil Şirinovun fikirlərinə geniş yer verilib.

Qeyd edək ki, məqalə "Əl Cəzirə" telekanalının ingilis dilindəki internet portalının 10 milyondan artıq izləyicisi olan rəsmi facebook səhifəsində də paylaşılıb. Azərbaycana aid paylaşımla bağlı çoxlu sayda izləyici və oxucu müsbət fikirlərini bölüşüb, məqaləyə müsbət rəy verib. Məqaləni tam olaraq təqdim edirik : “Azərbaycanın sevimli muğam ifaçısı Fərqanə Qasımova deyir ki, Sovetin süqutu Azərbaycanda din azadlığına geniş şərait yaradıb. Fərqanə Qasımovanın Sovet dövründəki İslam haqqında xatirələri gizli saxlanılması məcbur olan inancdan ibarətdir. Sovetin müşahidə aparatından dinin ibadətin qaydalarını gizlətmək üçün, onun baba və nənəsi gizlicə və diqqətli şəkildə ibadət edər, oruc tutarlarmışlar. “Bizə SSRİ dövründə ibadət etməyə və hicab geyinməyə icazə verilmirdi” deyə o Əlcəzirəyə bildirib.“Sovet İttifaqında Azərbaycan da daxil olmaqla bütün üzv ölkələrdə yalnız ateizm təbliğ olunurdu”- deyən Fərqanə xanım, əlavə də edir ki, İslamın yaradılışı 7-ci əsrə təsadüf etməsinə rəğmən, Sovet dövründə İslam qadağan olunur və insanların dinə münasibəti ciddi şəkildə tənzimlənirdi. Sovet İttifaqının süqutundan və Azərbaycanın müstəqil respublika kimi yenidən formalaşmasından sonra həmin qadağalar kütləvi şəkildə yüngülləşdirilib və İslamın gündəlik həyatda yenidən tətbiqi məsələsi üzə çıxıb. “1991-ci ildəki müstəqillikdən sonra, biz daha çox imkanlar əldə etdik və dini azadlığımızı qazandıq” - deyə, xanım Qasımova bildirir. “İndi mən televiziya kanallarında və konsert zallarında asanlıqla hicab geyinə bilirəm” .

Qeyd edək ki, Fərqanə Qasımova , Azərbaycan xalq musiqisinin bir forması olan, muğamın mahir ifaçısıdır və o, ölkənin bu sahədə ən tanınmış ustadlarından biri sayılan, Alim Qasımovun qızıdır. O yekunda bizə bildirdi ki, dini seçimi ilə bağlı öz ölkəsində o, heç bir qadağa ilə üzləşmir.

İslam Azərbaycan mədəniyyətini müəyyənləşdirməkdə də böyük rol oynamağa başlayıb və əksəriyyəti şiə, digərləri isə sünni olmaqla, əhalinin demək olar ki, 95 faizi yaxını müsəlmandır. Xəzərin qərbində yerləşən bu ölkə 1918-ci ildə qısa zaman ərzində Rusiyadan müstəqillik əldə edərək, dini azadlığı təmin edən dünyəvi respublika yaratmağa nail olub. Yeni yaradılmış bu ölkənin konstitusiyası vətəndaşlara etnik kökündən, dinindən, sinifindən, peşəsində və cinsindən asılı olmayaraq, sivil və siyası hüquqlar verdi. Amma Bolşeviklərin “Qızıl ordu”-su 1920-ci ildə ölkəni işğal edərək, növbəti 70 illiyinə Azərbaycanı Sovet İttifaqına daxil etdi. Müsəlman, yəhudi və xristiyan olan digər sovet vətəndaşları kimi, azərbaycanlı müsəlmanlar da ağır dini qadağalarla üzləşirdi. “İnsanlara dini təhsil almağa icazə verilmirdi”- deyən Qafqaz müsəlmaları idarəsinin sədr müavini Hacı Salman Musayevin sözlərinə görə, SSRİ-də sadəcə 2 mədrəsə var idi və ikisi də Özbəkistanda yerləşirdi. Musayev Özbəkistanın Buxara şəhərində yerləşən Mir Ərəb mədrəsəsində təhsil aldığı vaxtlarda belə ciddi dövlət nəzarəti olduğunu xatırlatdı. O vaxt qadağalar ölkədə dinə qulluğu boğmaq üçün hədəflənən geniş addımların bir parçası idi. Baxmayaraq ki, Sovetlər on illər ərzində dinin qarşısını aldı, bu azərbaycanlıların həyatında dinin rolunu inkar etmək üçün kifayət olmadı. “Həmin vaxt biz bir və ya iki insanı çətinliklə də olsa Həcc ziyarətinə göndərə bilirdik... indi isə biz istədiyimiz qədər göndərə bilirik” - deyə, Musayev əlavə edib.

Sovet hökmranlığı altında, ölkədə aktiv şəkildə fəaliyyət göstərən sadəcə 18 məscid var idi, amma Sovet İttifaqının süqutundan sonra, həmin rəqəm 2000-ə yüksəlib. 1991-ci ildəki müstəqillik elanından sonra, hökümət dini azadlığı konstitusiyada təyin etdi və yüzlərlə məscidi bərpa etmək proqramına başladı. Fərqanə Qasımova isə imanın əsaslarını tətbiq etməyə azad olduğu müddətcə başqalarının dindarlığından və ya əksindən narahat deyil. Azərbaycanın tanınmış mədəniyyət xadimlərindən biri olan xanım Qasımova deyir ki, o, öz inancının səfiri və cavan həmvətənlərinə nümunə olaraq xidmət etdiyinə görə fəxr edir. “Bəzi insanlar İslamın adını məhv etməyə və terrorla əlaqələndirərək İslama pis imic verməyə calışıblar. Amma xarici insanlar məni konsertdə ifa edərkən görəndə, mən hiss edə bilirəm ki, onların düşüncələri dəyişir. Onlar hətta mənə uşaqları ilə yaxınlaşaraq deyirlər ki, biz uşaqlarımızı bura sənət və əsl İslamın nə olduğunu göstərmək üçün gətirmişik.”

Qeyd edək ki, məqalənin müəllifi Aysəba Umudlu Qətərin məşhur "Əl Cəzirə" telekanalının ingilis dilindəki internet portalında Azərbaycanla bağlı artıq bir neçə məqalə ilə çıxış edib. Buna qədər Aysəba Umudlunun Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin tarixi və “Halal biznes” adlı məqalələri dərc olunub. Bu linklərdən həmin məqalələrlə tanış ola bilərsiniz :

Islam's gradual resurgence in post-Soviet Azerbaijan

http://www.aljazeera.com/news/2018/01/islam-gradual-resurgence-post-soviet-azerbaijan-180108110517329.html

Alfred Nobel's lesser-known Azerbaijan connection

http://www.aljazeera.com/…/alfred-nobel-lesser-azerbaijan-c…
The rise and rise of 'halal' business

http://www.aljazeera.com/…/rise-rise-halal-business-1711260…

Loading...

QALEREYA