Nura Suri: "Dünənki konsertdə niyə mən yox idim?"

Nura Suri: "Dünənki konsertdə niyə mən yox idim?"

Müğənni Nura Suri dünən prezident İlham Əliyevin seçkilərdə qalib gəlməsi münasibətilə keçirilən konsertin təşkilatçılarını tənqid edib.

Hurriyyet.org axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə yazıb:

"Dünənki konsertdə olan müğənnilərin 90%-i bölgələrdə keçirilən heç bir tədbirdə iştirak etməyiblər. YAP-ın heç bir seçki konsertində olmayıblar.

2008-ci ildə qucağımda ana südü ilə qidalanan körpəmlə, 2013-cü ildə və bu il bütün bölgələrdə keçirilən seçki konsertlərində iştirak etmişəm. YAP-ın üzvüyəm və hər zaman prezidenti dəstəkləyən və xaricdə belə keçirilən bütün dövlət tədbirlərində iştirak edirəm.

14 ildir bu sənətdəyəm. Xalq artistlərinin, əməkdar artistlərin çoxu seçki konsertlərinə getmədi, təmənnasız dövlət tədbirlərinə də getmirlər. Niyə mən yox, heç bir konsertdə iştirak etməyən müğənnilər dünənki konsertdə idi? Dövləti, dövlət başçısını dildə yox, əməldə sevmək və dəstəkləmək lazımdır".

Loading...

QALEREYA