Nüvə silahını hazılamaq üçün İrana nə qədər vaxt lazımdır? - 1 il, yaxud 4 ay... - ARAŞDIRMA

Nüvə silahını hazılamaq üçün İrana nə qədər vaxt lazımdır? - 1 il, yaxud 4 ay... - ARAŞDIRMA

Lara Seliqman

“Foreign Policy”, 02.07.2019

Bazar ertəsi günü, iyulun 1-də İran, təsdiqlədi ki, 2015-ci ili nüvə razılaşması ilə məhdudlaşdırılan zənginləşdirilmiş uran ehtiyatlarına dair öhdəliyi pozub. Beləliklə, Tehran bir neçə ayda nüvə bombası yaratmaq üçün kifayət qədər urana malik olacağı narahatlıqlarını yeniləyir.

Lakin ekspertlərin fikrincə, sazişi pozma addımı nüvə silahının əldə olunması istiqamətindən daha çox rəmzi hərəkətdir. İranın nüvə qurğusu qurmaq üçün təcrübə və qabiliyyətə malik olduğuna dair fikirlə əksəriyyət razılaşsa da, Tehranın belə bir niyyətdə olması və hətta bunda zərurət görməsi duyulmur.

Silahlara Qarşı Mübarizə Assosiasiyasının Yaymama siyasəti Proqramının direktoru Kelsi Davenport deyib: “Bu, nüvə bombası üçün deyil. Avropalılar, Rusiya və Çinlə sanksiya müzakirələrində təsir alətləri qazanmaq üçün nəzərdə tutulan düşünülmüş addımdır”.

Tehran son dövrdə ABŞ prezidenti Donald Trampın “maksimum təzyiq” kampaniyasına bir qədər yumşalmanı təmin etmək üçün nüvə razılaşmasının qalan tərəfdarlarına təzyiq göstərib. İranın Ərəb dənizində neft tankerlərinə hücum etdiyi iddia olunub və bu yaxınlarda o, ABŞ-ın PUA-nı vurub. Tramp son anda İrana hücumu dayandırıb. Rejim, həmçinin Avropa dövlətlərini, sanksiyadan azad olmanı təmin etmədikləri təqdirdə, 2015-ci il müqaviləsi çərçivəsində digər öhdəliklərinin icrasını dayandırmaqla təhdid edir.

2015-ci il sazişi İranın zənginləşdirilmiş uran səviyyəsini müəyyən edir – 3,67% və nüvə reaktorları üçün 300 kq yanacaq.

Davenport izah edir ki, İranın bomba yaratmaq üçün bir sıra addımlar atmalıdır.

“Plowshares” Fondunun prezidenti Co Sirinsione hesab edir ki, bir bomba yaratmaq üçün Tehrana 1050 kq zənginləşdirilmiş uran lazımdır. Daha sonra İran sentrifuqalardan istifadə etməklə onu 90 faiz təmizləməli, 25 kq“yüksək zənginləşdirilmiş uran”a sahib olmalıdır.

Ekspertlərin fikrincə, Tehrana nüvə bombası üçün 1 il lazım olacaq. Davenportun sözlərinə görə, İranın 300 kiloqram həddini aşması, faktik olaraq, bu zaman xəttini dəyişmir.

2015-ci ilin sazişindən əvvəl İran təxminən 10 min kq zənginləşdirilmiş urana malik idi, lakin o, ehtiyatının 98 faizini ölkədən çıxarmalı idi.

Davranportun sözlərinə görə, İranın nüvə bombası üçün kifayət qədər uranı olduqda, onu qazdan metala çevirməli, partlayıcı paketlə təmin etməli və ballistik raketə yerləşdirməlidir.

Demokratiyanın Müdafiəsi Fondunun təmsilçisi Olli Heynonen bildirib ki, İran 2003-cü ildə Parçin şəhərində, “Şəhid Borucerdi” də daxil olmaqla, lazımi obyektləri inşa edib. Heynonenin sözlərinə görə, bu cür qurğu hələ də mövcud ola bilər və ya kifayət qədər sürətli şəkildə yenidən bərpa olunacaq və o, İranın nüvə silahına sahib olma müddətini azaldır.

Davenport vurğulayıb ki, 2007-ci ildə ABŞ kəşfiyyatının İranın nüvə silahı yaratmaq üçün lazımi addımları mənimsəməsinə dair açıqlamasını nəzərə alsaq da, rejimin bu qabiliyyəti hələ də yoxdur.

Ekspertlər İranın nüvə bombasını qurma qabiliyyətinə malik olduğunu ümumən qəbul edirlər. Amma rejimin əslində, bunu edəcəyi sual doğurur.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ötən ay deyib ki, İran heç zaman nüvə silahı yaratmayacaq. O, bunu İslamın ehkamları ilə əsaslandırıb. Bu, Ağ Evə siqnal ola bilər.

ABŞ-ın 5-ci Donanmasının təqaüdçü vitse-admiralı Con Millerin sözlərinə görə, İran bilir ki, nüvə silahının əldə etməklə hərbi üstünlüyünü təmin etməyəcək.

“Tutalım, İranın nüvə silahı var, bəs bundan sonra nə olacaq? Səudlar da nüvə silahına sahib olacaqlar. İsrail nüvə dövlətidir və nəzərdən keçirdiyimiz halda, iki Körfəz dövləti nüvə qüdrəti olacaq. Həqiqi hərbi üstünlük baxımından bu sizə nə verir?.. İran uzun müddətli strateji perspektivdə heç nə qazanmır”.

“Lakin Birləşmiş Ştatlar İranın nüvə obyektlərini hədəf aldığı təqdirdə, Tehranın davranışı dəyişə bilər”, – deyə Davenport xəbərdarlıq edib. Həmin an İran ABŞ-ın gələcək təcavüzkar ABŞ hərəkətlərinə qarşı nüvə silahına ehtiyacı olduğuna qərar verəcək.

İyulun 7-də İranın verdiyi möhlət bitir. Tehran sanksiyaların aradan qaldırılmadığı halda, zənginləşdirmə səviyyəsini adlaya bilər.

Davenport deyib ki, bu daha ciddi yayılma riskidir, çünki müddətdə azalma deməkdir.

Vaxt xəttini sürətləndirə biləcək daha bir addım – əlavə sentrifuqalar qurmaqdır. Sirinsione deyib ki, müqavilədən öncə İranın aşağı zənginləşdirilmiş uranı bir neçə həftə ərzində yüksək səviyyədə zənginləşdirilmiş urana çevirmək üçün istifadə edə biləcəyi 19 mindən çox sentrifuqası var idi. Amma indi 3.000-4.000.

Heynonen hesab edir ki, bir neçə min əlavə sentrifuqa potensial olaraq atom bombası yaratma müddətini dörd ayadək azalda bilər.

Davenportun sözlərinə görə, indiyədək İran müqavilə çərçivəsindən kənar əlavə sentrifuqa quracağının heç bir əlamətini göstərməyib.

Tərcümə: Strateq.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA