Obamanın 19 dəfə İranla görüşmək istədiyi İDDİA EDİLİR

  • 2019-05-14 11:18:07
  • |
  • Dünya /

Obamanın 19 dəfə İranla görüşmək istədiyi İDDİA EDİLİR

Hurriyyet.org xəbər verir ki, İran prezidenti Həsən Ruhaninin dünən siyasətçilərlə keçirdiyi görüşdə iştirak edən reformist siyasətçi Həmid Rza Cəlalipur ölkənin rəsmi mətbuat orqanlarından olan “İran qəzeti”ndə və İRNA rəsmi informasiya agentliyində dərc edilən yazısında dövlət başçısının çıxışının mətbuatda əks olunmayan detallarından bəhs edib.

Ruhaninin, hökumətin yetərli dərəcədə səlahiyyət sahibi olmadığını söylədiyini bildirən Cəlalipurun məqaləsində prezidentin çıxışından sitat gətirilir. Ruhani çıxışında deyib: “Problemin həlli yolunun nə olduğuna baxmalıyıq və bu məsələdə hökumətin də dərəcədə səlahiyyət sahibi olduğuna diqqət eləməliyik. Hökumət xarici siyasətdə nə qədər səlahiyyət sahibidir? Keçmiş ABŞ prezidenti Barak Obama 19 dəfə İran rəhbərliyi ilə görüşmək tələbi ilə müraciət elədi, lakin hökumətin bu müraciətə cvab vermək səlahiyyəti yox idi”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA