Od çərşənbəsində yanmamaq üçün nələrə diqqət etməliyik?

Od çərşənbəsində yanmamaq üçün nələrə diqqət etməliyik?

Tonqal yandırılarkən havanın küləkli olub-olmamasını nəzərə almaqla düzgün yer seçmək lazımdır. Elə bir yeri seçmək lazımdır ki, tonqala yaxın yaşayış evləri, maşınlar, elektrik xətləri, tez alışan maddələrdə uzaq bir yer olsun.
Bu gün od çərşənbəsi münasibəti ilə keçirilən tədbirlər zamanı insanları diqqətli olmağa çalışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev tövsiyəsidir bunlar.
Hurriyyet.org bildirir ki, o, Milli.Az-a bildirib ki, insanlar tonqalı hazırlayarkən yerin üzərində qoruyucunun olmasına, hündürlüyünün 1.5 metrdən çox olmamasına və tonqalda yanacaq materiallara diqqət etmək lazımdır: "Üzərində boya, əhəng, lak, polietilen məhsulların, salafan torbaların, rezin şinlərin yandırılması zamanı ayrılan tüstü toksiki xarakter daşıyır və zəhərlənməyə səbəb ola bilər. İlk öncə tonqal ətrafında uşaqları nəzarətsiz qoymamaq lazımdır.

Geyimə də diqqət etmək lazımdır. Bədənə yapışmayan hissələri çox olan, ipləri uzun, ətəyi uzun geyimlər odun üzərindən tullanarkən geyimin alışmasına səbəb ola bilər. Tonqalın üzərindən tullanarkən bir-birini gözləmək lazımdır. Tonqal ətrafında insanların çox olmasını və azyaşlı uşaqların olmasını nəzərə alaraq partlayıcı pirotexniki vasitələrdən, fişənglərdən istifadə etmək olmaz. Unutmaq olmaz ki, ani bir ehtiyatsızlıq bədbəxt hadisələrə səbəb ola bilər".

Ekspert deyir ki, tonqal tam sönməmiş onu nəzarətsiz qoymaq olmaz. Sönməsinə əmin olmaq lazımdır. Əks halda yanğn təhlükəsi yaradar.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA