“Oğlumu lüt soyundurub, ən iyrənc hərəkətlər ediblər” - Eldar Sabiroğlu

“Oğlumu lüt soyundurub, ən iyrənc hərəkətlər ediblər” - Eldar Sabiroğlu

Eldar Sabiroğlu həbsdən azad olunmuş oğlu Rüfət Səfərovun həbsxanada gördüyü işgəncələrlə bağlı şok açıqlamalar verib.
Hurriyyet.org xəbər verir ki, o Basta.info-ya müsahibəsində artıq bu işgəncələri eşidəndən sonra çəkinəcək yeri qalmadığını bildirib.

E. Sabiroğlu deyib ki, şərlənərək 9 il həbs cəzasına məhkum edilən oğlu Rüfətin azadlığa buraxıldığı səbəbi ilə toxunduğu qeydlərin birmənalı qarşılanmayacağının fərqindəyəm: “Hər kəs ona qurulan torun haradan qaynaqlandığını bildiyi kimi, daşın üstümə haradan gəldiyini də mən bilirəm. Prezidentin razılığının alınması üçün hansı təqdimatların onun masası üzərinə qoyulduğundan, bu adamın hətta hiyləgərcəsinə tovlayıb başqalarını bu işə qoşmasından da azdan-çoxdan xəbərim var. O, belə məsələlərdə tələni məharətlə qurur. Əvvəlcə işə qoşduğu adamlar öz rəylərini rəhbərə bildirir, sonda isə “akademik” nöqtəni qoyur və məkrli məqsədini dövlət başçısının əli ilə reallaşdıra bilir”.

Oğlunun səhhəti ilə bağlı suala cavabında E. Sabiroğlu deyib: “Sabiq müstəntiq belə qurtarıbsa, şükür buna da!!! Səhhətindəki problemlərin öz-özünə, yoxsa nədənsə yarandığını tibbi müayinədən sonra dəqiq deyə bilərik. Vaxtı ilə canı-dildən müdafiə elədiyim hakimiyyətin nahaqdan həbs etdirməsi bir yana, Kürdəxanı təcridxanasında 25 illik resedivistin Rüfətin qaldığı kameraya köçürülərək onun psixoloji işgəncəyə məruz qoyulmasını, 9 saylıda altı ayın ərzində müxtəlif bəhanələrlə üç dəfə karsa salınmasını, öyrədilmiş məhkumun bıçaqla hücumunu (sonradan həmin məhkum mükafat olaraq əfvlə azad edildi) bir ata kimi unuda bilmərəm.

Rüfətin sonuncu 10 günlük kars həyatı isə miqyasına görə elə dəhşətli və ölümsaçan işgəncələr növü ilə yaddaqalan olmuşdur ki, xatırladıqca damarlarımda qanım donur. Penitensiar xidmətin Füzuli adında əməliyyatçısı və 9 saylı CÇM-nin sabiq rəis müavini Azər Bağırzadənin Rüfətə verdikləri işgəncələri, 7 saata yaxın çarmaxa çəkmələrini sözlə ifadə etmək çətindir.

Evdə-eşikdə məsləhət görürlər ki, danışmayım. Axı necə danışmayım ki, Rüfəti intihar həddinə çatdırıblar. İlk dəfədir dilə gətirirəm. Təhqirlərə, işgəncələrə dözə bilmirmiş. Kimlər Rüfətin qanına susayıb!? Bu sualın cavabı mənim üçün qaranlıq deyil…

Təsəvvür edin! Oğlumu lüt soyundurub üzünə, bədəninə tüpürüblər, ən iyrənc hərəkətlər ediblər, əlini, ayağını dəmir çarpayıya bağlayıblar. Bu vəziyyətdə 1 sutka qalıb! Təbii ehtiyacının çarpayıda ödətdirib buna gülüblər! Ayaq yolunda sürüyüb iyrəncliyi seyr ediblər! Baxın, oxuyun Azərbaycan xalqı! Baxın, oxuyun Azərbaycan rəhbərliyi! Amma Rüfətim sınmayıb. Bu uşaq beton parçaymış, vallahi. Şükürlər olsun Allahıma ki, Rüfəti vəhşətin qarşısında sındırmadı. Nə isə…

Əminəm ki, Azərbaycanın Yaqodası, Yejov və Beriyasının yıxdığı evlərin altını çəkəcəyi gün gələcək. Mütləq gələcək!!! Nəhayət, bu dəfə sözümü eşidib “Məhbəs xatirələri” əsərinin çapından Rüfəti hələlik daşındıra bildik… Ailəmizin xoşbəxtliyi üzərindən qara xəttin çəkilməsi izninin prezident tərəfindən verilməsinə isə təəssüf edirəm. Bunu ondan gözləmirdim…Təkcə Rüfət yox, çoxları ədalətsiz qərar nəticəsində zindanda ağır məhrumiyyətlər keçirib və keçirməkdədir. Buna son verməyin vaxtıdır”.\\

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA