“Oğlumun ölümündən sonra dostları bizi axtarmır” - Məşhur biznesmenin atası

  • 2019-01-22 11:05:38
  • |
  • Ölkə /

“Oğlumun ölümündən sonra dostları bizi axtarmır” - Məşhur biznesmenin atası

“İrşad Telekom” MMC-nin rəhbəri, 40 yaşlı İrad Hacıyevin ötən ilin sentyabr ayının 14-də sirli ölümündən sonra, mərhumla bağlı sosial şəbəkələrdə, yerli mətbuatda yayılan informasiyalara atası Ağahüseyn Hacıyev münasibət bildirib.

Hurriyyet.org bildirir ki, Ağahüseyn Hacıyev unikal.org-a açıqlamasında deyib ki, oğlunun ölümü ilə bağlı hüquq-mühafizə orqanları bu günədək onlara hər hansı bir məlumat verməyib:

“Bu barədə bizə (həyat yoldaşı və özünə) heç nə demirlər. Oğlumun ölümü ilə bağlı araşdırmanın nəticəsini gözləyirik”.

Ağahüseyn Hacıyev biznesmen oğlunun ölümündən sonra mərhumun dostlarından da narazılıq edib: “Bir-iki dostundan başqa, digərləri qapımızı döymür, bizi axtarmır. O, bir-iki nəfər arada gəlib-gedirlər. Dünya qurulanda da belə olub. Belə bir məsəl var. “Король умер, да здравствует король!”.

İrad Hacıyevin “İrşad Telekom” MMC-dəki dostları sizi axtarmırmı sualımıza Ağahüseyn Hacıyev əsəbləşərək cavab verir: “Mənə artıq sual verməyin. Bu barədə açıqlama verə bilmərəm. Heç nə bilmirəm”.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Hacıyev İrad Ağahüsyn oğlunun ölüm faktı ilə bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA