Oğuzda avtomobil aşdı: ölən və yaralananlar var - FOTO

Oğuzda avtomobil aşdı: ölən və yaralananlar var - FOTO

Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə bu gün rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan "VAZ-2107" markalı 48-BE-233 dövlət qeydiyyat nişanlı avtomobil aşıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobildə 5 nəfər olub. Onlardan birinin öldüyü bildirilir.

Yaralanan şəxslər isə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA