Oksana ƏRƏ GEDİR: İstərdim yanımda olsun

Oksana ƏRƏ GEDİR: İstərdim yanımda olsun

Oksana ikinci dəfə ailə həyatı qurmağa hazırlaşır.

Hurriyyet.org xəbər verir ki, bu barədə "Atv maqazin onlarla"nın mikrafonuna danışan rəqqasə maraqlı etiraflar edib:

"Mənə elə gəlir ki, mənim üçün başqa həyat başlamalıdır. Mən ailəmə söz vermişəm ki, mənim gələn il ailəm olmalıdır. Gələn ildən mənim üçün başqa həyat başlamalıdır. Çox istərdim ki, mənim həyatımda bir insan olsun, mənə dayaq olsun, yanımda olsun və mən onunla ailə həyatı qurum. Ola bilsin ki, mən böyük, təmtəraqlı toy etmədim".

Qeyd edək ki, Oksana iki dəfə ailəli olub. O, ikinci həyat yoldaşı Elşad Xosedən 5 il öncə ayrılıb. Reperlə boşandıqan bir neçə il sonra yenidən münasibətləri istiləşən Oksana Elşadın onu döyməsindən sonra bütün əlaqələri bitirib./milli.az/

  • Hamısı
  • Loading...