Oksfordlu professordan xəbərdarlıq: “Xəstələrin yarısı boş yerə antibiotik qəbul edir”

Oksfordlu professordan xəbərdarlıq: “Xəstələrin yarısı boş yerə antibiotik qəbul edir”

Türkiyədə Beynəlxalq Damar və Endovoskulyar Damar Cərrahiyyəsi Konqresinə növbəti toplantısı baş tutub. Tədbirə qatılan tanınmış cərah, Oksford Universitetinin professoru Beyjamin A.Lipskin xəstəliyin təyinatı və müalicəsi ilə bağlı maraqlı faktlar açıqlayıb.

Təsirli antibiotik qıtlığı

O bildirib ki, dünyadakı bir sıra ölkələrdə şəkər diabetindən əziyyət çəkən xəstələrin sayı getdikcə artır.

Diabet xəstələrində şəkərin təsiri ilə sinirlərdə və damarlarda ciddi problemlər yaranır. Bunun nəticəsi olaraq xüzusən ayaq nahiyəsində bir sıra yaralar əmələ gəlir. Və nəticədə bu yaralar infeksiya düşmə kimi təhlükə ilə üz-üzə qalır.

Diabetik ayaq yaraları xəstəlik başlayandan sonrakı 10 il ərzində əmələ gəlir. Mütəxəssis deyir ki, bu yaralar zamanı ən böyük problem yanlış antibiotikdən istifadə etməkdir: “Hazırda bu xəstəliklə mübarizədə ən böyük sorunumuz antibiotiklərə olan müqavimətimizdir. Hazırda dünyadakı dərman şirkətləri antibiotik istehsalı məsələsində yetərli çalışmırlar. Bu məqsədlə firmalara maddi dəstək verilməlidir. Çünki bu anda xəstələrə təyin edə biləcəyimiz çox az təsirli antibiotiklər var.

Yeni antibiotiklərin hazırlanması çox çətinləşib. 2004-cü ildən bu yana bu yöndə diabetik ayaq infeksiyalarında müvafiq antibiotiklərin istifadəsi üzrə pilot tədqiqatlar apardıq. 2012-ci ildə ABŞ-ın Yoluxucu Xəstəliklər Cəmiyyətinə bu haqda nəticə yolladıq. 2019 ildə isə bu nəticəyə yeniliklər əlavə edəcəyik.

Həkimlərin və xəstələrin ən böyük yanlışı…

Xəstələrin səhvi ondadır ki, onlar yaraları sağaltmaq üçün evdəki istənilən antibiotikdən istifadə etmələridir. Eyni zamanda, qonşuların, tanışların tövsiyə etdiyi antibotiklərdən yararlanmalarıdır. Həkimlər isə onlara dərdini deyən xəstəni məmnun etmək üçün antibiotik yazmalarıdır. Halbuki bu, çox böyük təhlükədir”.

Benjamin Lipskinə görə, həkimlər diabetli xəstələr çox zaman gərəksiz yerə antibiotiklər təyin edirlər: “Zatən ayağında diabetik yaralarla gələn xəstələrin yarısı əslində antibiotikə ehtiyacı olmayanlar qrupudur. Bu xəstələrin əsl ehtiyacı olan şey ordakı təmiz qan axımının qarşısını almaqçün damara müdaxilə, yaraya baxım və ayağı yükdən qoruyan protezlər, dabanlıqlardan istifadə etməkdir”.

Antibiotikdən istifadəyə gəlincə,alim tövsiyə edir ki, xəstənin ayağındakı yaradan, mümkünsə ən dərin hissədən örnək götürülməli və orada hansı mikroorqanizmin yarandığı araşdırılaraq ona həssas antibiotic təsbit olunmalıdır: “İnsanlarda belə bir fikir yaranıb ki, şəkər xəstələrində yaralar sağalmır. Bu, çox yanlış təsəvvürdür. Keçmişdə belə xəstələr əksər hallarda amputasiya olunurdu. Biz çox zaman belə xəstələrin ayaqlarını ya dizdən, ya da ondan bir qədər yuxarıdan kəsməyə məcbur olurduq. Belə hallarda xəstələrdə şəkər daha sürətlə irəliləyir və xəstələr 5 ildən artıq yaşamırdılar. Təəssüf ki, bu hal xərçəngin bir çox növlərindən daha təhlükəlidir”.

Professor qeyd edib ki, hazırda belə xəstələridə qan axışına yardımçı olan yeni tibbi müdaxilələr, yollar gəlişdirirlib: "Bu yollarla bu gün ayaqları qorumaq mümkündür”.

Altunay, Hurriyyet.org

  • Hamısı
  • Loading...