Olimpiya çempionu yeni dünya rekordu müəyyənləşdirdi

  • 2019-03-09 15:41:23
  • |
  • İdman /

Olimpiya çempionu yeni dünya rekordu müəyyənləşdirdi

Çinli qadın idmançı Lyu Xun 50 km məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşdirib.

Hurriyyet.org report-a istinadən bildirir ki, 32 yaşlı atlet ölkəsində keçirilən yarışda məsafəni 3 saat 59 dəqiqə 15 saniyəyə qət edib.

O, bu göstəricidən sonra 50 km-i 4 saatdan daha az müddətdə başa vuran ilk qadın idmançı olub.

Əvvəlki dünya rekordu 4 saat 4 dəqiqə 36 saniyə ilə digər çinli idmançı Lyan Juya məxsus idi.

Qeyd edək ki, Lyu Xun 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA