ONLAR DA AFRİNDƏDİR - BU XRİSTİAN QRUP KİMDİR?

ONLAR DA AFRİNDƏDİR - BU XRİSTİAN QRUP KİMDİR?

Hurriyyet.org xəbər verir ki, Suriya Demokratik Qüvvələrinə daxil olan suriyalı xristianlardan ibarət “Syriac Military Council” yaraqlıları Deyr əz-Zor bölgəsini tərk edərək, YPG/PKK-ya yardım üçün Afrinə getməyi qərara alıb.

Xristian süryani və kəldanilərin 2013-cü ilin əvvəllərində qurduqları “Syriac Military Council” qüvvələri PKK-nın çətiri olan YPG təşkilatına daxildirlər. Təşkilat ölkənin şimal-şərqində yerləşən Haseke və ətrafında fəaliyyət göstərir. 2014-cü ildə İŞİD bəhanəsi ilə Şimali İraqda, Səncarda yerləşən PKK-nın həmin dövrdəki hücumlarında da bu təşkilat iştirak edib.

Qeyd edək ki, 2018-ci il yanvarın 20-də, “Zeytun budağı” əməliyyatı başlanan gün, “Syriac Military Council” qrupunun mətbuat katibi Kino Qabriel həm də SDQ-nin mətbuat katibi təyin edilib. Təşkilat öz məqsədinin Suriyadakı assuriyalı-süryanilərin milli hüquqlarını qorumaq olduğunu bəyan edir.

Hurriyyet.org

Loading...

QALEREYA