Onlayn satış səhifələrinə inanmaq olarmı? - VİDEO

  • 2019-03-19 18:52:09
  • |
  • Sosial /

Onlayn satış səhifələrinə inanmaq olarmı? - VİDEO

Onlayn satış saytları vaxt məhdudiyyəti olan insanlar üçün xüsusi əhəmiyyət daşıyır. Hər gün yüzlərlə insan bu vasitə ilə alış-veriş edir. Bəs səhifələr təqdim etdiyi məhsulların keyfiyyətinə və vaxtında çatdırılmasına cavabdehlik daşıyırmı?

Hurriyyet.org bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Adətən saytlarda məhsul təqdim edilərkən çatdırılma üçün nəzərdə tutulan məbləğ istehlakçıdan əlavə alınır. Həmçinin məhsulun şəkli müştəriyə göndərilir. Lakin sifariş çatdırıldıqdan sonra aydın olur ki, nə rəng, nə keyfiyyət fotoda təqdim edildiyi kimi deyil. Geri qaytarmaq təklifini isə qarşı tərəf müxtəlif bəhanələr gətirərək qəbul etmir. Belə olduqda isə məsələ hüquqi müstəvidə həll olunur.

Onlayn satış ilə məşğul olan dünya miqyaslı böyük portallar öz nüfuzlarını qorumaq üçün müştəri məmnuniyyətinə həssaslıqla yanaşır. Onlar saytlarında yaratdığı imkanlarla istehlakçı məhsulu qiymətləndirə, şəklini rəy bölümündə paylaşa, şikayət edə və ödədiyi məbləği qaytara, eləcə də məhsulu yenisi ilə əvəz edə bilər.

Mütəxəssilər, həmçinin bildirir ki, belə neqativ hallarla qarşılaşan şəxslər bunu sosial şəbəkələrdə paylaşmaqla ictimai qınaq yarada bilərlər. Qanunvericiliyə əsasən, istehlakçı əldə etdiyi məhsulu keyfiyyətsiz olduğu təqdirə 14 gün ərzində geri qaytara bilər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA