“OPEC+ Monitorinq Komitəsi İrana qarşı siyasətin alətinə çevrilib” - İranın neft naziri

“OPEC+ Monitorinq Komitəsi İrana qarşı siyasətin alətinə çevrilib” - İranın neft naziri

İranın neft naziri Bijan Namdar Zangane OPEC+ Monitorinq Komitəsini fəaliyyətini dayandırmağa çağırıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, nazir OPEC-in baş katibi Məhəmməd Barkindoya ünvanladığı məktubunda OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin üzv ölkələrindən bəzilərinin ABŞ-ın maraqlarını təmin etməklə məşğul olduğunu qeyd edərək komitənin fəaliyyətini dərhal dayandırmağın vacibliyini qeyd edib.

“Son aylar Nazirlər komitəsinin və Texniki komitənin fəaliyyətinin nəticələrini nəzərə alaraq, onların, təəssüflər olsun ki, təyinatı üzrə yaradıldığı məqsədlərdən kənara çıxdıqlarını, həmin komitələrə daxil olan bəzi OPEC üzvlərinin açıq-aşkar İrana qarşı qanunsuz və birtərəfli sanksiyaları qəbul etdirməyə çalışan ABŞ-ın tərəfində durduğunu, həmin komitələri ABŞ-ın İrana qarşı siyasətində alətə çevirdiklərini gördük” , - deyə agentlik iranlı nazirin dediklərini çatdırıb.

İranın neft naziri sözügedən komitələrin səlahiyyətlərinin OPEC Konfransı tərəfindən təsdiqləndikdən sonra fəaliyyətlərini dərhal dayandırmağı, OPEC-in dekabrın 6-da keçiriləcək 175-ci konfransının gündəliyinə bu komitələrin səlahiyyəti, vəzifələri, üzvlüyü barədə məsələni salmağı vacib sayıb.

Monitorinq komitəsinin növbəti iclasının noyabrın 11-də keçirilməsi nəzərdə tutulur.

Loading...

QALEREYA