“Opera Art” festivalında AZƏRBAYCAN OPERASI

“Opera Art” festivalında AZƏRBAYCAN OPERASI

Azərbaycanın Xalq artisti, Rusiyanın Böyük Teatrının aparıcı solisti Dinara Əliyeva AZƏRTAC-a müsahibəsində deyib: "Çox xoşbəxtəm ki, bizmi "Opera Art” festivalını Azərbaycan operasının səsləri ilə açdıq”.

D.Əliyeva deyib: "Çox xoşbəxtəm ki, "Opera Art” beynəlxalq musiqi festivalını artıq üçüncü dəfə Moskvanın ən yaxşı zallarında – Moskva Dövlət Konservatoriyasının Böyük zalında və P.İ.Çaykovski adına konsert zalında keçiririk. Şadam ki, bizim festival Azərbaycanın opera səsləri ilə açıldı. Festivalın birinci konserti "Azərbaycanın opera səsləri” adlanırdı. Bu konsertdə gənc opera müğənnisi Azər Zadə çıxış etdi. Onu Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Rusiya Milli Orkestrinin müşayiət edirdi. Təəssüf ki, həmin vaxt mən Moskvada yox idim. Mən Vyanada "Turandot” tamaşasında oxuyurdum. Lakin daim əlaqə saxlayırdım, onlayn translyasiyanı izləyirdim”.

Böyük Teatrın solisti bu festivalı Azərbaycana gətirmək arzusunda olduğunu qeyd edib. O deyib: "Mən bu festivalı öz vətənimə gətirmək arzusundayam və ümid edirəm ki, haçansa belə olacaq. Festival iki ildə bir dəfə keçirilir. Qarşıdakı konsertlər Çaykovski adına konsert salonunda olacaq: Puççininin "Madam Batterflay”, Dvorjakın "Rusalka”, Verdinin "Ernani” operaları konsert ifası variantında təqdim ediləcək. "Madam Batterflay”da bizim azərbaycanlı ifaçı Azər Zadə də iştirak edəcək. Festival çərçivəsində mənim vəzifəm Rusiya opera teatrlarının repertuarında çoxdan olmuş və ya heç vaxt olmamış operaları Rusiyaya gətirməkdir. Beləliklə biz dinləyicilər üçün yeni əsərləri və yeni adları "kəşf edirik”.

Dinara Əliyeva təəssüflə bildirib ki, hələlik Azərbaycanda çıxış etmək üçün dəvət olunmayıb. Müğənni daha sonra deyib: "Çoxdandır ki, Bakıda oxumamışam. Əgər belə bir təklif alsam, Vətənə ya konsert ifası variantında opera ilə, ya da solo konsertlə gələcəyəm”.

Qeyd edək ki, Moskvada Dinara Əliyevanın "Opera Art” III beynəlxalq musiqi festivalı keçirilir. Festival çərçivəsində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Azərbaycanın Moskvadakı səfirliyinin dəstəyi ilə "İtalyan operasının xor şedevrləri” adlı növbəti konsert olub. Konsertdə Dinara Əliyeva, Pyer Cordo Morandinin (İtaliya) dirijorluğu ilə Rusiya Milli Orkestri, "Xor ifaçılığı ustaları” Akademik böyük xoru iştirak ediblər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA