Ordu prezidentə qarşı çıxdı: İstefa ver...

  • 2019-03-26 21:02:43
  • |
  • Dünya /

Ordu prezidentə qarşı çıxdı: İstefa ver...

Əlcəzair Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əhməd Qayd Salah ölkə prezidenti Əbdüləziz Buteflikanı dövlət başçısı vəzifəsindən imtina etməyə çağırıb.

O, Buteflikadan öz səlahiyyətlərini icra edə bilməməsini etiraf etməsini tələb edib. Salah həmçinin Buteflikanın vəzifədən uzaqlaşdırılması üçün ölkə konstitusiyasının 102-ci maddəsinin icra edilməsini istəyib. General yalnız bu halda ölkənin yaranan böhrandan çıxa biləcəyini söyləyib.

Qeyd edək ki, bundan öncə Əlcəzairdə Əbdüləziz Buteflikanın vəzifədən uzaqlaşdırılması tələbiylə etiraz aksiyalarına start verilib. Etiraza səbəb Buteflikin 18 apreldə keçiriləcək seçkinin tarixini dəyişməsi olub.

Buteflika Əlcəzairi 1999-cu ildən idarə edir. Əhməd Qayd Salah onun hakimiyyətdəki ən yaxın tərəfdarlarından biri sayılır.\\Axar.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA