“Ordunu hazır et! Rusiya bu ölkələrə hücum edə bilər...” - ALMANİYADAN XƏBƏRDARLIQ

“Ordunu hazır et! Rusiya bu ölkələrə hücum edə bilər...” - ALMANİYADAN XƏBƏRDARLIQ

Hurriyyet.org xəbər verir ki, Almaniya mətbuatı Rusiyanın qadağan edilmiş raketlərlə silahlandığını, Avropada müharibəyə hazırlaşmış kimi görünən addımlar atdığını və buna görə də NATO-nu hərəkətə keçməyə məcbur elədiyini yazıb.

NATO-nun baş katibinin keçmiş köməkçisi, təqaüddə olan general Henrix Braus və Kiel Universitetinin Təhlükəsizlik Siyasəti İnstitutunun direktoru Yoahim Krauzenin açıqlamalarını nəşr edən “Die Welt” (“Velt” – almanca sülh deməkdir) qəzeti Avropanın Rusiya xofundan yazıb.

Krauze: “Avropa iqlim və qaçqınlar böhranı ilə mübarizə apardığı bir dövrdə Rusiya müharibəyə hazırlaşır”

Krauze Avropanın iqlim dəyişiklikləri və qaçqın böhranı ilə məşğul olduğu bir zamanda, Rusiyanın əsaslı səbəb olmadan nüvə silahından istifadə təhdidli regional müharibələrə hazırlaşdığını iddia edib.

Brauz: “Rusiya dünyanın indiki quruluşunu yox eləməyə hazırlaşır! Gözlənilməz zərbə endirə bilər”

Braus isə, Rusiyanın Qərb dövlətləri ilə qəsdən çəkişdiyini, həmçinin dünya quruluşunu dəyişməyə və NATO-nun birliyini pozmağa çalışdığını, lakin NATO ilə qarşılaşmadan qalib çıxmayacağını bildiyi üçün, nüvə təhdidli dəstək ilə “gözlənilməz zərbə” endirə biləcəyini iddia edib.

Rusiyanın hücumuna məruz qalacağı ehtimal edilən ölkələr

Keçmiş general Rusiyanın hücumlara başlaya biləcəyi ərazilər olaraq, Qara dəniz bölgəsini, Baltik ölkələrini, Polşanı və Ukraynanı göstərib.

“Almaniya dərhal ordunu döyüşə hazır vəziyyətə gətirməlidir”

Hər iki mütəxəssis də belə bir toqquşma zamanı coğrafi mövqe baxımından açar rolunda Almaniyanın ola biləcəyini proqnozlaşdıraraq, Almaniya hakimiyyətini dərhal slahlı qüvvələrini NATO-nun ağır tapşırıqlarını icra eləmək üçün müharibəyə hazır vəziyyətə gətirməyə çağırıb.

Hurriyyet.org