Çörəyin kif olan hissəsini kəsəndən sonra təmiz hissəsini yemək olarmı? - VİDEO

  • 2018-11-08 19:15:18
  • |
  • Sosial /

Çörəyin kif olan hissəsini kəsəndən sonra təmiz hissəsini yemək olarmı? - VİDEO

Alimlər sübut edir ki, çörəyin, meyvə və tərəvəzlərin, yumşaq pendirin, kəsmiyin və s. üzərində kif əmələ gəlibsə, bu məhsulu dərhal atmaq lazımdır.

Bəzən biz kif olan hissəni kəsib bizə "təmiz" görünən hissəni yeyirik. Lakin bu çox böyük səhvdir. Aşağıdakı videoda göstərilib ki, kif görünməsə də bütün məhsulu əhatə edir. Bu kifi hətta termik emal olandan sonra (məsələn, çörəyi tosterdə qizardanda) zərərsizləşdirmək mümkün deyil.

Kif göbələkdir. Belə göbələyin növləri çoxdur. Onlardan bəziləri insan sağlamlığına ciddi ziyan vura bilir - allergiya, ciddi zəhərlənmə və hətta onkoloji xəstəliyin inkişafına səbəb olur.

Mütəxəssislərin fikrinə görə, yalnız bərk pendir növlərini kif olan hissəni kəsəndən sonra yemək olar. \\saglamolun.az

Loading...

QALEREYA