Şotlandiya muzeyində şeiri saxlanılan şairimiz kimdir?

Şotlandiya muzeyində şeiri saxlanılan şairimiz kimdir?

Böyük Azərbaycan şairi,istiqlal şairimiz Xəlil Rza Ulutürkun "Şairin səsi" (Azadlıq) şeiri Şotlandiyanın Edinburq şəhərində yerləşən Şotlandiya Poeziya Kitabxanasında saxlanılır.

Bu barədə Hurriyyet.org-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib.

“Şotlaniyada yaşayan “Buta Azərbaycan-Şotlandiya Assosiasiyası”nın sədr müavini, siyasi analitik Fuad Ələkbərov Şotlandiya Poeziya Kitabxanası ilə əlaqə qurarkən ona muzeydən məlumat veriblər. Şeir ingilis dilinə Aynur Imecer tərəfindən 2008-ci ildə tərcümə olunub. Şeir və şair haqqında məlumat muzeyin rəsmi saytında da (http://www.scottishpoetrylibrary.org.uk/poetry/poems/poets-voice) yerləşdirilib. Hazırda Fuad Ələkbərov gələcəkdə başqa ədiblərimizin şeirlərinin muzeyə təqdim olunması ilə bağlı danışılar aparır”, - E.Eltürk vurğulayıb.

QEYD: Şotlandiya Poeziya Kitabxanası 1984-cü ildə şairə Tessa Rensford tərəfindən qurulub. Hal-hazırda muzeydə Şotlandiya və beynəlxalq poeziyasına aid olan 30,000 əsər saxlanılır. Kitabxanada Şotlandiyanın üç yerli dilində (Şotland kelt, şotland german və ingilis dillərində) materiallar mövcuddur.

Hurriyyet.org

  • Hamısı
  • Loading...