Şou-biznesdəki ləqəblər: "Qızıl Şlyager", Saqqız”, "Gombul"...

Şou-biznesdəki ləqəblər: "Qızıl Şlyager",  Saqqız”, "Gombul"...

Azərbaycanda bəzi kəndlərindı hər kəsin özünün ləqəbi var. İnsanları da, ləqəbi ilə tanıyırlar və o cür də çağırırlar. Bu ləqəblər maraqlı olduğu qədər, həm də gülməlidir. Bu tək kəndlərdə deyil, həm də Azərbaycanın şou-biznes nümayəndələri arasında da mövcuddur.

Məşhurlarımızın ləqəblərinin sizin üçün də maraqlı ola biləcəyini düşünüb bunu araşdırdıq. Bu zaman çox maraqlı ləqəblərin olduğunu gördük. Həmin məşhurlarımızın ləqəblərini sizə təqdim edirik:

Tanınmış azərbaycanlı müğənni Nadir Qafarzadəni dostları "Əjdaha Nadir" kimi tanıyır və o cür də çağırır.

Çoxlarının sevimlisi Xalq artisti Faiq Ağayev artıq uzun zamandır "Qızıl Şlyager" kimi tanınır.

Bir müddət əvvəl dünyasını dəyişən İlhamə Quliyeva da, ləqəbsiz deyildi. Ona dostları "Pirmadonna" deyirdi.

Xalq artisti Aygün Kazımovanın da bir neçə ləqəbi var. Ləqəb deyəndə ki, bunlardan bir çoxunu müğənni özü-özünə verib, bəzilərini də ona yaxın olan həmkarlarımız. Məsələn, “Şamplena Aygün”, “Estradamızın Divası”, “Superstar” və sair.

Birdən-birə parlayan Mənsumənin də çox populyar ləqəbi var. Belə ki, öz adı Mənsumə olsa da, o daha çox “Damla” kimi tanınıb, sevilir.

Əməkdar artist Aygün Hümmətovanın daşıdığı “Bəylər” təxəllüsü onun müəllimi, mərhum sənətkar Bəylər Quliyevin adı ilə bağlıdır. Amma buna kimi sənətçinin bir neçə ləqəbi olub - “Oğlan Aygün”, “Kepkalı Aygün”, Balaca Aygün” və sair.

Gənc müğənni Emil Bədəlov isə oxuduğu “Saqqız” mahnısından sonra “Saqqız Emil” kimi tanınmağa başladı. Baxmayaraq ki, buna qədər və bundan sonra sənətçinin yetərincə yaxşı ifaları olmuşdu. Müşahidələrə görə, o, özü də “Saqqız Emil” çağırılanda xoşlanır. Daha nə deyəsən...

Daha bir gənc müğənni Elçin Cəfərovu isə son illərin kəşfi hesab eləmək olar. Cəfərov oxuduğu bir mahnıdan sonra “Şipşirin” kimi tanınır. “Elçin Şipşirin” – həmkarları onu belə çağırırlar...

Muğam ifaçısı, Əməkdar artist Cabir Abdullayevi isə səsinin məlahəti və şirinliyinə görə həmkarları “Bal Cabir” adlandırırlar. Hər halda sənətkarın ifası və peşəkarlığı daşıdığı ləqəbə uyğundur.

Müğənni Nüşabə Ələsgərlinin daşıdığı ləqəb isə bir növ ironik anlam daşıyır. Xatırlayırsınızsa, sənətçi 4-5 il əvvəl dünya pop musiqisinin kralı Maykl Ceksonun mahnılarından birini ifa etmiş, hələ bu da azmış kimi onun kimi rəqs eləməyə cəhd göstərmişdi. Bu gün də həmkarları Ələsgərlini “Maykl Cekson” kimi xarakterizə edirlər.

Skripka ifaçısı Ceyhun İsmayılov isə “Maestro” ləqəbini daşıyır. Amma buna daha çox təxəllüs demək olar. Çünki İsmayılov özü-özünü Maestro adlandırıb. Maraq üçün deyim ki, maestro sözü italyancadan tərcümədə müəllim deməkdir. Doğrudur, pedaqoqluq anlamında İsmayılovun bu adı daşımasında qəbahət yoxdur. Amma dünya şöhrətli dirijor Niyazidən sonra Maestro ləqəbi kiminsə adının qarşısında çox cılız görünür.

Müğənni Rəqsanə İsmayılova doğru tələffüz edə bilmədiyi bir neçə sözü ləqəb kimi daşıyır. Yadınızdadırsa, o, efiirdə şedevr sözünü “sevedrə” kimi tələffüz etmişdi. Sənətçinin digər ləqəbi isə “Krakadil”dir.

Aşıq Telli Borçalı, çox kök olduğu üçün dostları onun "Gombul" deyirlər.

Müğənnilərlə yanaşı reperlərimiz də, var ki, onlar da, özlərinə ləqəb götürüb. Bu sırada başda keçmiş "Dəyirman" qurupunun üzvü olan Malik gəlir. Onun əsl adı Malik olsa da, daha çox “ABD Malik” kimi tanınır.

Əslində bu siyahını uzatmaq da, olar. Amma eləsi var ki, o ləqəbləri müğənnilər özləri qəbul etmir. Ona görə, də bununla kifayətlənməli olduq. \Cebhe.info

Loading...

QALEREYA