19 yaşlı oğlanı məsciddə elektrik vurub öldürdü - Sabunçuda bədbəxt hadisə

19 yaşlı oğlanı məsciddə elektrik vurub öldürdü - Sabunçuda bədbəxt hadisə

Sabunçu rayonunda məsciddə ölüm hadisəsi baş verib.

Hurriyyet.org Trend-ə istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi 15 ünvanında yerləşən Cümə Məscidində qeydə alınıb.

2000-ci il təvəllüdlü Masizadə Müstəqim Pənah oğlu oktyabrın 9-da axşam saatlarında məsciddə elektrik çaydanını götürərkən çaydanın elektrik hissəsi açıq olub. M.Masizadə çaydanın açıq elektrik hissəsindən tutarkən onu cərəyan vurub. Nəticədə, o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.