Gürcüstanda silahlı insident – Azərbaycanlı yaralandı

Gürcüstanda silahlı insident – Azərbaycanlı yaralandı

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun mərkəzində silahlı insident baş verib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə çayxanalardan birində olub.

Nəticədə yerli sakin olan bir azərbaycanlı yaralanıb.

Hadisə yerinə polis və ekspert kriminalistlər cəlb olunub.