“Aysuna 197 minlik səs vermişəm” – Rəqsanədən saxtakarlıq ittihamı

 

“Aysuna 197 minlik səs vermişəm” – Rəqsanədən saxtakarlıq ittihamı

 

Müğənni Rəqsanə İsmayılova qızı Aysunun "Maşın" şoudan getməsindən danışıb. 

Sənətçi instaqramda canlı yayıma qoşularaq bildirib ki, oyunda saxtakarlıq edilib: "Hamı məni qınayır ki, qızına səs verməmisən. Aysuna çox gözəl səs vermişəm. Övladımı məndən çox istəyəcəksiniz? Oyunun gözəl qaydaları var, hər şeyi açıqlamaq olmur. Ortalıqda hörmət var. Aysun saf uşaqdır, bicliyi yoxdur. Məcid kimdir, tanımıram. Birinci gün Aysun Məcidin getməsinə səs istədi. Allah şahiddir ki, 1500 manat Məcidin getməsinə səs verdim. Reklam fasiləsində Aysun oranın işçilərindən mənə xəbər göndərdi ki, Məcid oyunda qalmalıdır. Mən də Məcidin qalmasına səs verdim. Məcid kimdir ki, ona səs verim? Halal etmirəm.

Ramala da səs vermişəm, halal xoşu olsun. Çeklərim də durur. Özüm Aysuna 197 min rubl xərcləyib, səs vermişəm. Bu da 4-5 min manat edir. Məcid oyundan yaxşı oldu, getdi. Aysun oyuna qatılmazdan əvvəl dedim ki, sən safsan, oyunda baş çıxara bilməyəcəksən. İki dəfə orada olmuşam, kişi qızı kimi oynadıq. Sonra dəfələrlə istədilər, getmədim. Ən gözəl vaxtlarında oyunda olmuşam. Aysunla bir oğlan prinsip aparıb. Oyunda olan adam deyil. Aysun bir şeyin qurbanı olub. Aysuna elə maşın qurbandır, nə istəsə ona edən anayam. Məcid uşağımın hissləri ilə oynadı"./musavat.com/