“SÜLH BULAĞI” -  İki kənd terrorçulardan təmizləndi

“SÜLH BULAĞI” -  İki kənd terrorçulardan təmizləndi

Hurriyyet.org xəbər verir ki, “Sülh bulağı” əməliyyatının başlanmasından 17 saat sonra Türkiyə Silahlı Qüvvələri Resulayn rayonunun iki kəndini terrorçulardan təmizləyib.

Əməliyyat zamanı Türkiyənin Mardin vilayətinin Suriya sərhədindəki Kamışlı bölgəsində 5 nəfər YPG/PKK terrorçusu zərərsizləşdirilib.

Türkiyənin cənub sərhədində terror dəhlizinin yaradılmasına imkan verməmək üçün aparılan “Sülh bulağı” əməliyyatına xeyir-dua vermək üçün Türkiyə ərazisindəki 90 min məsciddə “Fəth” surəsi oxunub.

Hurriyyet.org