Suriyanın Təl-Əbyad rayonu qismən Türkiyənin nəzarətinə keçdi

Suriyanın Təl-Əbyad rayonu qismən Türkiyənin nəzarətinə keçdi

Suriyanın şimal-şərqindəki Təl-Əbyad rayonu qismən Türkiyə Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Hazırda Türkiyə Ordusu yerli qüvvələrin dəstəyi ilə rayon mərkəzini terrorçulardan təmizləyir.
Əməliyyat zamanı aviasiya, artilleriya ilə yanaşı pilotsuz uçuş aparatlarından da istifadə edilir.

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə Ordusu Suriyanın şimal-şərqində əməliyyatlara başlayıb. \\Trend