PAŞİNYAN PUTİN İLƏ GÖRÜŞDÜ: “Rusiyanın hərbi sənayesinə heyranam”

  • 2018-05-14 15:20:10
  • |
  • Region /

PAŞİNYAN PUTİN İLƏ GÖRÜŞDÜ: “Rusiyanın hərbi sənayesinə heyranam”

Hurriyyet.org xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanın yeni baş naziri Nikol Paşinyanla ilk dəfə görüş keçirib. Putin yeni erməni lideri ilə görüşdə deyib: “Moskva BMT-dən başlayaraq, regional təşkilatlara qədər – beynəlxalq arenada İrəvanla həm təhlükəsizlik, həm iqtisadi inkişaf sahədində fəal əməkdaşlıq edəcəkdir. BMT-də Ermənistan ilə Rusiya həmişə bir-birini dəstəkləyib”.

Rusiya prezidenti xatırladıb ki, Rusiya Ermənistanın əsas ticari-iqtisadi tərəfdaşıdır. Ermənistanın ticarət dövriyyəsinin 25%-dən çoxu Rusiyanın payına düşür. Erməni iqtisadiyyatına kapital qoyuluşunun 35%-i rus investorlarına məxsusdur.

Paşinyan da öz tərəfindən Ermənistan ilə Rusiya arasındakı müttəfiqlik münasibətlərinin dəyişmədiyini bildirib və qeyd edib ki, “bu məsələ ilə bağlı Ermənistanda konsensus mövcuddur”.

Erməni baş naziri deyib: “Məncə aramızda heç kim heç vaxt erməni-Rusiya münasibətlərini şübhə altına qoymayıb. Biz siyasi cəhətdən də, ticari-iqtisadi cəhətdən də bu münasibətlərə yeni impuls verilməsi niyyətindəyik”. O, həmçinin Rusiya ilə hərbi-tezniki sahədə münasibətlərin inkişafına ümid elədiyini bildirib. Paşinyan 9 may paradını xatırladaraq, Rusiya hərbi-sənaye kompleksinin nailiyyətlərinə heyran olduğunu bildirib.

Hurriyyet.org

Loading...

QALEREYA