Pakistan Trampın qərarına ETİRAZINI BİLDİRDİ

  • 2019-03-27 18:26:03
  • |
  • Dünya /

Pakistan Trampın qərarına ETİRAZINI BİLDİRDİ

Hurriyyet.org xəbər verir ki, Pakistanın Xarici İşlər Nazirliyinin bəyanatında ABŞ prezidenti Donald Trampın Qolan təpələrini İsrailin ərazisi kimi qəbul edən qərarı imzalamasına etiraz edilib. Açıqlamada deyilir: “Pakistan beynəlxalq ictimaiyyətin ucaltdığı etiraz səsini dəstəkləməkdə və ABŞ-ın Suriyanın Qolan təpələri üzərində İsrailin suverenliyini tanıyan qərarını qınamaqdadır”. Açıqlamada bu qərarın BMT-nin qətnamələrini, eyni zamanda beynəlxalq hüquq normalarını pozduğu bildirilir.

Pakistan BMT Təhlükəsizlik Şurasını da ABŞ-ın qərarına qarşı lazımi addımları atmağa çağırıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA