Pakistanda bazarda PARTLAYIŞ - 2 ölü, 7 yaralı

Pakistanda bazarda PARTLAYIŞ - 2 ölü, 7 yaralı

Pakistanın cənubunda Pancqur vilayətindəki bazarların birində partlayış baş verib.

Hurriyyet.org Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində 2 nəfərin öldüyü, daha 7 nəfərin yaralandığı bildirilir.

Məlumata görə, ölən şəxslər partlayış baş verən vaxt avtomobildə olub. Yaralananlardan 3 nəfərin vəziyyətinin ağır olduğu qeyd edilir.

Partlayışla bağlı məsuliyyəti hər hansı terror təşkilatı öz üzərinə götürməyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA