Pakistanda dəhşətli QƏZA: 13 ölü, 67 yaralı

Pakistanda dəhşətli QƏZA: 13 ölü, 67 yaralı

Pakistanda sərnişin və yük qatarlarının toqquşması nəticəsində azı 13 nəfər ölüb, 67 nəfər xəsarət alıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Pəncab əyalətində baş verib.

Pakistanın Kvetta şəhərindən Lahora sərnişin daşıyan qatar Rəhimyar-Xar şəhərində dayanmış qatara çarpılıb. İlkin məlumata görə, sərnişin qatarı öz yolu ilə hərəkət etmirmiş.

Xəsarət alanların 11-in uşaqdır.

Ölənlərin sayının artacağı istisna deyil. Hadisənin səbəbi araşdırılır.