Pakistanda TERROR: 4 hərbçi öldü, 4-ü yaralandı

  • 2019-06-08 11:57:03
  • |
  • Dünya /

Pakistanda TERROR: 4 hərbçi öldü, 4-ü yaralandı

Pakistanın şimal-qərbində yerləşən Şimali Vəziristan bölgəsində bomba partlaması nəticəsində ən azı 4 hərbçi həlak olub, daha 4-ü yaralanıb.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, terrorçular hərbçilərin olduğu avtomobili partladıb.

Hücuma görə heç bir terror təşkilatı məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, son bir ayda Pakistanda törədilən terror hücumları nəticəsində 10 təhlükəsizlik əməkdaşı həyatını itirib, 35-i isə yaralanıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA