Palata xüsusi qayğıya ehtiyacı olan uşaqları sevindirdi - FOTOLAR

Palata xüsusi qayğıya ehtiyacı olan uşaqları sevindirdi - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli, 760 nömrəli Fərmanı ilə yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası fəaliyyətinin iki illiyi münasibətilə Şüvəlan qəsəbəsində yerləşən 4 nömrəli xüsusi internat məktəbində yaşayan fiziki və əqli qüsurlu uşaqlar üçün əyləncəli tədbir təşkil edib.

Palatadan Hurriyyet.org-a daxil olmuş məlumata görə, tədbirin əsas məqsədi bu əlamətdar gündə kimsəsiz və valideyn qayğısından məhrum olmuş uşaqları ziyarət edərək, onları sevindirmək və mənəvi dəstək göstərmək idi.

Dinamik və rəngarəng səhnəciklər, klounların çıxışı, uşaqlara təqdim edilmiş sovqatlar, zehni inkişaf etdirən oyuncaqlar, geyimlər və digər hədiyyələr xüsusi qayğıya ehtiyac duyan 80 nəfərdən çox uşağın əhval ruhiyyəsinin yüksəlməsinə səbəb oldu.

Loading...

QALEREYA