“Pambığın alış qiymətini nazirlər müəyyən edir” - VAHİD MƏHƏRRƏMOV

“Pambığın alış qiymətini nazirlər müəyyən edir” - VAHİD MƏHƏRRƏMOV

“Azərbaycandan fərqli olaraq qonşu İranda və Türkiyədə pambığın alış qiyməti 3 dəfə yüksəkdir”

“Hakimiyyət yenə də fermerləri, kəndliləri aldatmaqla məşğuldur. Bazar qaydalarına və istehsalçıların maraqlarına zidd olaraq pambığın alış qiymətini nazirlər müəyyən edir. Bu gün birinci növ pambığın bir tonu üçün alış qiyməti 650 manat, yəni 380 dollar müəyyənləşdiriblər. Halbuki, 2015-ci ildə birinci növ pambığın 1 tonunun alış qiyməti o zamankı məzənnə ilə 520 dollar olmuşdu”. Hurriyyet.org xəbər verir ki, bu barədə kənd təsərrüfatı məsələləri üzrə ekpsert Vahid Məhərrəmov “feysbuk” səhifəsində qeyd edib.

“Pambığın 1 kiloqramının alış qiyməti 1 manat 50 qəpik, yığım haqqı isə 30 qəpik olmalıdır”

V. Məhərrəmov onu da vurğulayıb ki, bu gün dünya bazarında pambığın 1 tonu 1800 dollara təklif olunur: “Azərbaycandan fərqli olaraq qonşu İranda və Türkiyədə pambığın zəmanətli alış qiyməti 3 dəfə yüksəkdir. Azərbaycanda pambığın 1 kiloqramının alış qiyməti 1 manat 50 qəpik, yığım haqqı isə 30 qəpik olmalıdır”.

Qeyd edək ki, bu il sentyabrın 20-də Azərbaycanda pambığın alış qiyməti 50 manat artırılıb. 1-ci növ pambığın qiyməti 600 manatdan 650 manata, 2-ci növ 580-dən 630 manata, 3-cü növ, 540-dan 590 manata, 4-cü növ 500-dən 550 manata qaldırılıb. Yəni hazırda Azərbaycanda 1-ci növ pambığın 1 kiloqramının alış qiyməti 65, 2-ci növ 63, 3-cü növ 59, 4-cü növ isə 55 qəpikdir.

Şamo EMİN, Hurriyyet.org

Loading...

QALEREYA