“Paniranizm”imin atası Firdovsinin yalanları - Sultan Mahmud Qəznəli farsları və dariləri sevməzdi

“Paniranizm”imin atası Firdovsinin yalanları - Sultan Mahmud Qəznəli farsları və dariləri sevməzdi

Əbülqasın Firdovsi 935-ci ildə Tus şəhərində anadan olmuş və 1020-ci ildə ölmüşdür.

Sultan Mahmud Qəznəli isə, 971-ci ildə anadan olmuş və 1030-cu ildə dünyasını dəyişmişdir. Sultan Mahmud 1001-ci ildə Heratda (Əfqanıstan) şah taxtına oturmuş və tarixdə ilk dəfə sultan titulu ona verilmişdir. 30 yaşlı sultan 1001-1126-cı illər aralığında 17 dəfə Hindistan yürüşlərində olmuş, Kəşmir, Pəncab, Qucarat vilayətlərini Qəznəli dövlətinin ərazisinə qatmışdır. Bununla yanaşı, Rey, Həmədan, İsfəhan, Gur əyalətlərini ələ keçirərək Xarəzmdən Xəzər dənizinin sahillərinə qədər qüdrətli dövlət yaratmışdır. Tarixi qaynaqlar onu da qeyd edirlər ki, Sultan Mahmud “fars şovinizmi”nə, tarixi baxımdan “hinduizm”ə nifrət edirdi. Sonuncu fars dövləti Səffarilərin 1002-ci ildə və Racpurt Konfederasiyasına 1008-ci ildə son qoymuşdu. Bununla yanaşı, İsfəhan və Rey kitabxanalarını Qəznə şəhərinə köçürmüşdü. İfrat fars sovinizmi ideyasını müdafiə edən “mirzələr” saxtakarlıq edərək bütün əsərlərində qeyd edirlər ki, Sultan Mahmud guya fars dilini sevdiyi üçün, sarayda bu dili rəsmiləşdirmişdi. Onun sarayında yaşayan 400 nəfərdən çox fars şairinə yüksək dəyər verilirdi. Qohum dillər olan dari və fars dilinin təbliğ edilməsi üçün minlərlə müəllimi İrana göndərmişdi. Əbülqasim Firdovsiyə yüksək dəyər verib. Bu münasibətin nəticəsi kimi “Şahnamə”nin yazmasını sifariş edib. Halbuki, Sultan Mahmud dövləti qədim türk hərbi qaydaları ilə idarə etməyə üstünlük verirdi. Bunun üçün də türk kökənli əyanlara xüsusi qayğı göstərirdi. Çünki, Qəznəli dövlətinin idarə olunmasının ənənəsi var idi. Sülalənin təməlini Alp Tekin qoymuşdu. Sonralar Əbu İshaq İbrahim (963-966), Bilgə Təkin (966-972), Piri Təkin (972-977), Səbuk Təkin (977-997), İsmayıl (997-998), Mahmud (998-1030), Toğrul Bozan (1053 ), III Məsud Qəznəli (1099-1115), Bəhramşah Qəznəli (1117-1153) kimi görkəmli dövlət başçıları olmuşdur. Sultan Mahmud Qəznəli bu sülalənin ən böyük lideri kimi tarixdə öz imzasını qoymuş dövlət başçısı hesab olunur. Karluk boyundan olan qəznəlilər türk törə sisteminə sadiq olmuşlar. Sultan Mahmud Qəznəlinin Firdovsiyə türklərə qarşı həqarət dolu poemanın yazılması sifarişini verə bilməzdi. Bundan əlavə, tarixi qaynaqlar sübut edir ki, Firdovsi Tus şəhərindən kənara çıxmamışdır. Sultan Mahmud taxtda oturan zaman 30, Firdovsinin isə 66 yaşı var idi. Bu dönəmə qədər Firdovsi tanınmış şair deyildi. Belə olduğu təqdirdə, Sultan Mahmud böyük bir poemanın yazılmasını sifariş edə bilməzdi.

“Şahnamə”dən boylanan böhtan

Bu əsərin alt qatında gizlənən ilk “fars şonizmi” ideologiyası Orta Şərqdə irqçiliyin və radikal “paniranizm” düşüncə sisteminin təməl prinsipi yer alır. Əsər sadəcə türk kökənli toplumları deyil, həm də ərəbləri belə, aşağılayan bir düsturdur. “Şahnamə”də süni şəkildə uydurulmuş “pəhləvi qəhrəmanları”nın (fars) dahiliyi mistik güc kimi təlqin olunur.

Firdovsinin qədim hind-sinqx mədəniyyətinin izi olan “məsnəvi” janrında bu poemanı yazmasının özü belə, düşündürücüdür. Firdovsinin “Şahnamə”də uydurulan nağıllardan biri də, guya bu əsəri görkəmli türk dövlət başçısı Sultan Mahmud Qəznəlinin sifarişi ilə yazmışdır. Hətta “Şahnamə”də müəllifin özü tərəfindən bu həqiqət etiraf olunaraq belə qeyd edilmişdir:

“Çox çilələr çəkdim bu 30 ildə

Əcəmi diriltdim bu parsi ilə”

Poemada “əcəmi” dedikdə türklər nəzərdə tutulur. “Əcəmi” sözünün ortaçağ dönəmində anlamı “gəlmə” mənasını verən deyim kimi qəbul olunur. Halbuki, İran adlı ərazidə türklərin tarixi izlərinin yaşı 7 min ildir. Bu barədə ilk dəfə 1950-ci illərdə ABŞ-ın məşhur arxeoloq-etnoqraf allimlərindən Pinas Delokas və Hilen Kantur Tehranda nəşr olunan “Bərrasihaye tarixi” (tarixi tədqiqatlar) dərgisində çox böyük müzakirələrə səbəb olan məqalələr yazıblar. Dönəmin şahı Məhəmmədrza Pəhləvi dünyanın dörd bir yanından arxeoloq-etnoqraf, kulturoloq, tarixçi və digər alimləri dəvət edərək onların qarşısında bu coğrafiyanın qədim “pəhləvilər”ə, yəni farslara aid olması kimi tələblər qoyurdu. Bunun qarşılığında alimlər dünyanın ən böyük qonorarlarını alırdılar. Məqsəd “irani milləti” ideyasını hüquqi cəhətdən rəsmiləşdirmək idi. Belə bir siyasi konsepsiya ona görə baş tutmadı ki, “Hind-Avropa nəzəriyyəsi” artıq Qərbin özündə belə çökmüşdü. “Arizm” (ali irq) nəzəriyyəsinə isə bütün mədəni xalqlar tüpürmüşdülər. “Şahnamə”nin türk sultanı Sultan Mahmudun sifarişi ilə yazılması faktını əlahəzrət tarixi faktların özü inkar edir. Belə ki, Sultan Mahmudi anadan olanda Əbülqasım Firdovsinin 30 yaşı var idi. Sultan Mahmud Heratda 30 yaşında taxta oturmuşdur. Ötən 30 ildə isə Firdovsi Ön və Mərkəzi Asiyada tanınmış şair deyildi. Sultan Mahmud şah taxtına oturan kimi Pakistan və Hindistanda döyüşlərdə keçib həyatı.

Min ildir gizli saxlanılan “Yusif və Züleyxa” poeması

Firdovsinin ölümündən az öncə yazdığı bu əsəri “Şahnamə” poemasından fərqli olaraq tamamilə fərqli üslubda yazılmış, bununla yanaşı, müəllif ilk böyük əsərində yazdıqlarını tamamilə inkar etmişdir. Bununla yanaşı, “Yusif və Züleyxa” poemasında etiraf etmişdir ki, “Şahnamə”də nə yazıbsa, hamısı onun uydurmalarıdır. Tarixi mənbələrdə bu barədə ilk faktlar Əmir Teymurun torunu Sultan Baysanqurun dönəmində, yəni 1430-cu ildə onun əmri ilə yazılmış “Şahnamə” əsərində Firdovsinin “Yusif və Züleyxa” poemasında müəllifin etirafları ön sözdə xüsusi şəkildə qeyd edilmişdir. Bayasanqurun sifarişi ilə yazılan bu əsərin beş əlyazma nüsxəsi Daşkənd Dövlət Muzeyi (Özbəkistan), Tehran Gülüstan sarayı Muzeyi (İran), London Muzeyi (İngiltərə), İsgəndəriyyə Kitabxanası (Misir) və digər ölkələrdə qorunub saxlanılmaqdadır. Ortaçağ Şərq ədəbiyyatının tədqiqatçılarının fikrincə Firdovsinin “Yusif və Züleyxa” poeması dil, yazı və bədii fikir üslubu baxımından onun “Şahnamə” əsərindən qat-qat səviyyəlidir. Beləliklə aydın olur ki, Firdovsi həyatının son illərində yazdığı “Yusif və Züleyxa” poeması ilə “Şahnamə”də uydurduğu yalanlara görə əzab çəkdiyini etiraf etmişdir. “Yusif və Züleyxa” poemasının başlanğıcında müəllif öz keçmişindən söz açaraq, dolayı yolla “Şahnamə”də uydurduğu hekayələrə görə əzab çəkdiyinə, günah toxumunu əkdiyindən peşmançılıq keçirdiyini etiraf edir. “Şahnamə”dən fərqli olaraq “Yusif və Züleyxa” poemasında haqqında bəhs edilən mövzunu “Tövrat” və “Quran”dan götürdüyünü də qeyd edibdir. O, etirafında xüsusi şəkildə bildirir ki, “tövbə” qapısı açıq olduğu üçün “Yusif və Züleyxa”nı yazmışdır.

Karl Hermann Ethenin kəşfi

Əbülqasım Firdovsinin “Yusif və Züleyxa” poeması İran adlı ərazidə “Ələmut Şeyxləri” hərəkatı başlayandan üzü bu yana, yəni XI yüzildən etibarən farslar tərəfindən mümkün qədər gizli saxlanılmış, hətta belə bir əsərin varlığı inkar edilmişdir. Əsər kütləvi şəkildə ilk dəfə 1903-cü ildə Londonda nəşr edilmişdir. Əsər həm də elmi mənbə olaraq, “London Kitabxanası” və “London Muzeyi”ndəki əlyazmalara istinadə çap edilibdir. Əsər “Şahnamə”də olduğu kimi məsnəvi janrında yazılmışdır. Məşhur şərqşünas alim, professor Sadiq Rzazade Şəfəqin “Tarix-e ədəbiyat-e farsi” adıyla farcaya çevirdiyi bu kitab 1958, 1972 və 1977-ci illərdə Tehranın “Bonqah-e tərcome və nəşr-e kitab” adlı yayınevində çap olunaraq yayınlanmışdır. Firdovsinin “Yusif və Züleyxa” poeması elm aləmində ilk dəfə olaraq məşhur alman şərqşünas alim Karl Hermann Ethe tərəfindən 1889-cu ildə tədqiqat mövzusu kimi gündəmə gətirilmişdir. O, həmin il “VII Uluslararası Şərqşünaslar Konqresi”ndə bu barədə dünya qarşısında geniş məruzə ilə çıxış etmişdir. Karl Hermann Ethe “Yusif və Züleyxa” poeması ilə bağlı bunları da qeyd edib: “Yusif və Züleyxa poemasının 3 əlyazma və 2 daşbasma kitabını tapdım. Əsər 3697 sözdən ibarətdir. “Şahnamə”dən fərqli olaraq burada ərəb, türk, ibrani, Indus və digər dillərə məxsus söz tərkibi də çoxdur”. Karl Hermann Ethe bir şərqşünas alim kimi Firdovsinin “Yusif və Züleyxa” poemasının dili, sözlərin ifadə qaydaları, bədii-estetik yönü, dini mistik rəvayətlər və digər faktları incələyərək ön söz yazmaqla 1908-ci ildə çap etmişdir. Kitab XIX yüzilin qaydaları əsasında “Neupersische Litteratur” qrifi ilə nəşr olunubdur. Karl Hermann Ethe həmin ön sözdə belə yazır: “Mən “Yusif və Züleyxa” poemasının məhz Əbülqasım Firdovsiyə aid olduğunu isbat edən bir sıra dəlilər tapdım. Çünki, “Şahnamə”də müəllif tərəfindən yazılan deyim tərzi, bədii təsvir vasitələrinin, frazeloji forma, əsərdə qeyd olunan mühit tamamilə Firdovsiyə aid olduğuna qətiyyən şübhə etmirəm”. Ünlü ingilis şərqşünası Edvard Qranville Bronve (1862-1926) “Firdovsidən Sədiyədək fars yazınının keçmişi” adlı əsərində Firdovsinin “Yusif və Züleyxa” əsərini tədqiq edərək belə yazır: “Ən etibarlı bilgilər bizim əldə etdiyimiz ilkin qaynaqlardır. Onun “Şahnamə” və “Yusif və Züleyxa” poemalarında bir-birini inkar edən məqamlar çoxdur. “Yusif və Züleyxa” poeması romantik əsərdir. Məsnəvi janrında yazılıb. Bu əsəri ilk dəfə üzə çıxaran Karl Hermann Etheyə minnətdarıq. Bu əsəri ilk dəfə poema kimi Əbül Müəyyəd Bəlxi və sonardan Bəxtiyari adlı şairlər yazmışlar. Sonradan Firdovsi mövzunu poema şəklində qələmə alıb. Firdovsinin “Yusif və Züleyxa” poemasının 7 əlyazması Fransanın kitabxanalarında qorunub saxlanılır. Karl Hermann Ethe əsəri bir neçə dəfə Tehran nəşr etdirmək istəsə də, yerli hakimlər və din xadimləri ona imkan verməyiblər. Alman aliminin təşəbbüsü ilə əsər Hindistanda 3 dəfə daşbasması ilə çap olunubdur. Onun 1889-cu ildə Vyanada (Avstriya) alman dilində Schlechta Wssehrd tərəfindən tərcümə etdiyi bu əsər isə möhtəşəmdir.

Fars şoviniztlərinin Karl Hermann Etheyə hücumları

Firdovsinin “Yusif və Züleyxa” əsərinin original mətnin və alman dilində çapını görən kimi demək olar ki, İran, Hindistan, Misir və Suriyadakı fars şovinizmi siyasətini yürüdən çetelər Karl Hermann Etheyə qarşı kəskin hücumlara keçdilər. Halbuki, alman alimi Əbdül Rəhman Cami və Nazim Heratinin Firdovsinin “Yusif və Züleyxa” poemasının bənzərini yazsalar da, Karl Hermann Ethe bu müəlliflərin əsərlərini fars və alman dillərində çap etdirmişdir. Fars şovinistləri bu iki müəllifə qarşı etiraz etməsələr də, Firdovsi məsələsində əməlli başlı hay-küy saldılar. Halbuki, alman aliminin əməyinə yüksək qiymət verilməli və ona sayğılar göstərilməli idi. Fars şovinistlərini rahatsız edən əsas məsələ Firdovsinin türklərə qarşı haqsız yerə “Şahnamə” poemasında həqarətlər yağdırmasını alman alimi tərəfindən gündəmə gətirilməsi idi. Karl Hermann Ethe yazırdı: “Firdovsi “Yusif və Züleyxa” poemasında xəyalqırıqlığını etiraf etməklə “Şahnamə”də yazdıqlarından peşman olduğunu bildirirdi. Həqiqəti inkar etdiyinə görə çox rahatsız olub həyatının son illərində”. Türkiyənin tanınmış şərqşünas alimi professor Nurullah Çetin “yeni türk şairinin “Yusuf ve Züleyha hikayesi” əsərini tədqiq edərək belə yazır: “Bu hekayə ilə bağlı çox şairlər poema yazıblar. Tək Firdovsi bu poemanı məsnəvi janrında yazıbdır. Bu hekayə ərəb yazarı İmam Qəzalinin “Bəhrül Məhənnə” adlı əsərindən köçürülümüş və sonradan bütün Şərq aləminə yayılmışdır”. XX yüzilin ən nəhəng şərqşünas alimlərindən bir kimi tanınan Yevgeni Bertels (1890-1957) yazırdı: “Firdovsinin “Şahnamə” poeması it-bata düşsəydi, onun “Yusif və Züleyxa” poeması İran adlı ölkədə ən böyük poema ustadı kimi tarixdə böyük iz buraxacaqdı”. Sonda bunu da qeyd etmək gərəkdir ki, farsların “ifrat irqçilik” doktrinası kimi tanınan “Şahnamə” ilə yanaşı “Yusif və Züleyxa” poemasının şovinist tərəfindən yasaqlanması əslində Firdovsinin “uydurma şəkildə yaratdığı qəhrəmanlar” ideyasının nə zamansa puça çıxacağından qorxurdular.

Ənvər BÖRÜOY, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA