Parisdə "sarı jiletlilər"in növbəti aksiyası – “Kilsəni təmir etməyə milyonlar tapılır, amma...”

  • 2019-04-20 15:12:22
  • |
  • Dünya /

Parisdə "sarı jiletlilər"in növbəti aksiyası – “Kilsəni təmir etməyə milyonlar tapılır, amma...”

Hurriyyet.org xəbər verir ki, Parisdə, iqtisadiyyat nazirliyinin binasının yaxınlığında sarı jiletlilərin növbəti etiraz nümayişi başlayıb. Etirazlar artıq 23-cü həftədir ki, davam edir.

Hakimiyyət Yelisey çölündə və Notr-Dam kilsəsinin ətrafında mitinq keçirməyi qadağan edib.

Etirazçıların belə şüarlar səsləndiriblər: “Notr-Dam üçün milyonlar, bəs kasıb adamlar necə olacaq?”

Xəbər verildiyi ki, Paris Notr Dam kilsəsi yanandan sonra onun təmiri üçün milyonlarla avro ayrılıb. Etirazçılardan biri “Feysbuk” səhifəsində belə yazıb: “Milyarderlər kilsənin təmiri üçün milyard avro tapırlar, lakin 140 min nəfər evsizlə heç kim maraqlanmır”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA