Parisdə yenə QARIŞIQLIQ OLDU - “Sarı jiletlilər”dən sonra “qara jiletlilər” aksiyası

Parisdə yenə QARIŞIQLIQ OLDU - “Sarı jiletlilər”dən sonra “qara jiletlilər” aksiyası

Hurriyyet.org xəbər verir ki, Fransanın paytaxtı Paris şəhərində özlərini “Qara jiletlilər” adlandıran yüzlərlə sənədsiz qaçqın etiraz aksiyası keçirib.

Qaçqınların əksəriyyəti Qərbi Afikadan gələnlərdirlər. Panteon abidəsinin qarşısında toplaşmış etirazçılar baş nazir Eduard Filiplə görüş, Fransada qeydiyyata salınmaq və qalmaq hüququ tələb edirlər.

Mətbuata açıqlama verən polis idarəsi əməkdaşı 300 nəfərə qədər qaçqının iştirak elədiyi etirazlar zamanı 37 nəfərin həbs edildiyini bildirib.

“Sarı jiletlilər”dən ilham almış “qara jiletlilər” özlərini Fransada “səsləri eşidilməyən, simaları və sənədləri olmayan şəxslər” adlandırırlar.

Hurriyyet.org