PARKİNSON XƏSTƏLİYİ - Məhəmməd Əlini məğlub edən bəla

PARKİNSON XƏSTƏLİYİ - Məhəmməd Əlini məğlub edən bəla

Parkinson xəstəliyi yaş artdıqca mərkəzi sinir sistemində dopaminin, yəni, “hərəkətləri nizamlayan” hüceyrələrin dağılması və məhvidir. Dünyada xronik nevroloji xəstəlik olan parkinson diaqonuzu qoyulmuş 7 milyondan çox insan var.

İlk dəfə 1817-ci ildə dr.James Parkinson tərəfindən “titrək iflic” adlandırılmışdır. Xəstəliyin dəqiq yaranma səbəbi məlum deyil. Əsasən, dərman preparatlarından istifadəsində yaranan əks-göstərişlər və daha çox tramvalar zamanı meydana çıxır. Belə ki, bəzi idman növlərində, xüsusilə, boksda baş nahiyəsinə endirilən zərbələr bu xəstəliyin yaranmasına gətirib çıxarır.Təsadüfü deyil ki, məşhur boksçu Məhəmməd Əli də uzun müddət parkinson xəstəliyindən əziyyət çəkib. Bu xəstəlik yaşı 65-dən artıq olan şəxslərdə daha çox müşahidə olunur. Bəzən isə 35 və 50 yaş arası insanlarda da parkinsona rast gəlmək mümkündür.

Xəstəliyin bəzi nəzərə çarpan əlamətlərini qeyd edək:

Ən əsas əlamətlər əllərin, ayaq pəncələrinin, çənənin, dodağın əsməsi;

Duruşun pozulması və tarazlığın itməsi;

İlk əvvəllər bədənin yalnız bir tərəfinin, xəstəlik irəlilədikcə iki tərəfinində əsməsi;

Üzdəki reaksiyaların, mimikaların, göz qırpmanın azalması;

Əzələ sərtliyinin yaranması və bunun nəticəsində kəskin ağrıların olması;

Alçaq səsli, getdikcə zəifləyən nitq;

Ayaqları sürüyərək, qısa addımlarla yerimə;

Dizlərdə bükülmə, bel nahiyəsinin irəliyə doğru əyrilməsi qaşlarda sərtlik və s.

Həmçinin, ata və ya anada parkinson xəstəliyi müşahidə olunubsa, uşağa keçmə riski yüksəkdir. Bəzi dərmanlarla və cərrahi əmiliyyatlarla müəyyən qədər qarşısı alınsada, hələlik tam müalicəsi yoxdur.

Aytac ASƏFQIZI, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA