“Parlament edam cəzası qanununu qəbul eləsə, təsdiqləyərəm” - ƏRDOĞAN

  • 2019-03-19 16:50:44
  • |
  • Region /

“Parlament edam cəzası qanununu qəbul eləsə, təsdiqləyərəm” - ƏRDOĞAN

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü çıxışında edam cəzası barəsində danışıb. Ədalət və İnkişaf Partiyasının (AKP) sədri olan prezident Türkiyənin Eregli rayonunda keçirilən seçkiqabağı mitinqdə edam cəzasının ləğv edilməsini “xəta” adlandırıb. Ərdoğan deyib: “Biz edam edam cəzasını ləğv eləməklə xəta etdik. Məncə, səhv elədik. Niyə? Çünki 15 iyul gecəsi 251 vətəndaşımızı, əsgərimi, polisimi şəhid edənləri – ağırlaşdırılmış və ya ömürlük cəza almış olsalar belə, – həbsxanalarda bəsləmək mənə ağır gəlir. Həmişə söyləmişəm, indi də deyirəm: əgər bizim parlamentimiz belə bir qərar verərsə, mən onu təsdiqləyərəm”.

Ərdoğan Yeni Zellandiyada məsciddə 50 nəfər müsəlmanın həlak olmasına səbəb olan terrorçunun da edam cəzasına layiq olduğunu söyləyib:

“Yeni Zellandiya parlamenti də bu adamla bağlı belə qərar verməsə, mən onlarla bu məsələni müzakirə edəcəyəm. Çünki, bu iş, bu qədər də ucuz deyil”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA