Parlamentin iclası başladı – Ombudsman hesabat verir

Parlamentin iclası başladı – Ombudsman hesabat verir

Milli Məclisin yaz sesiyasının növbəti iclası öz işinə başlayıb.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, bugünkü iclasın gündəliyinə 18 məsələ daxil edilib. Gündəlikdə duran ilk məsələ Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın illik məruzəsi olub.

İllik məruzədə dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA