Paralimpiya çempionu Süməyyə Boyacı: “Balıqların da qolu yoxdur”

Paralimpiya çempionu Süməyyə Boyacı: “Balıqların da qolu yoxdur”

15 yaşında ikən türk üzgüçü Süməyya Boyacı Dublində keçirilən Paralimpiya Çempionatında qızıl medal qazandı.

Anadangəlmə 2 qolu olmaya üzməyə başlamaq üçün balıqlardan ilham aldığını söyləyib. Daha öncə isə o, Braziliyada keçirilən yarışda dünya çempionu olmuşdu.

Süməyyə Boyacı fevralın 5-i 20013-cü ildə 2 qolu olmadan dünaya gəlmişdir. 4 yaşında ayağı ilə şəkil çəkməyə başlayıb və bir çox uğura imza atıb.

İbtidai təhsilini özəl məktəbdə alıb və yenə eyni məktəbdə ayaqları ilə yazı yazmağı öyrənib.

10 yaşında olarkən çəkdiyi rəsmlər xaricdə də satılmağa başladı.

A. Puşkinin "Qızıl balıq" adlı məşhur əsərinin türk dilinə tərcümə edilmiş kitabı üçün rəsm çəkdi.

Картинки по запросу Sümeyya Boyacı çekdiyi resm

Çəkdiyi rəsm həmin dövrün prezidenti Abdullaha Gülə Rusiya səfəri ərəfəsində təqdim edildi. 2009-cu ildə sulu boya ilə çəkdiyi əsərlər Moskvada sərgilənib. 2014-cü ildə isə çəkdiyi ebru rəsmləri ilə sərgidə iştirak etdi.

Картинки по запросу Sümeyye Boyacı Abdullah Gül

Bir gün akvariumdakı balıqları izləyərəkən üzməyə qərar verdi və uğur hekayəsi beləliklə başladı.

İtaliyada Liguriada keçirilən 2017 Avropa Para Gənclik oyunlarına qatıldı və 50 m Backstroke S1-5 yarışmasında bürünc medal qazandı. Bu il Braziliyada keçirilən Open Water Swimming World Championships üzgüçülük yarışında dünya çempionu oldu.

Картинки по запросу Sümeyye Boyacı balıklardan ilham aldı: Yüzmek için kollara ihtiyaç yok

26-28 apreldə Braziliyanın Sao Paulo şəhərində keçirilən arxası üstə üzgücülük yarışlarında 45.92 dərəcəsi ilə dünya çempionu oldu və 50 metr kəpənək formasında isə 3-cü dərəcə olaraq bürünc medal qazandı.

Картинки по запросу Sümeyye Boyacı dublin

Dublində keçiriliən Paralimpiya Avropa Çempionatında qızıl medal qazanaraq, Avropa Çempionu adını aldı. Qadınlar S5 50 metr arxası üstə üzgüçülük finalında yarışan Süməyyə 45.21 dərəcə ilə birinci oldu və Türkiyədə bu qızıl medalı qazanan ilk üzgüçü oldu.

Əngəllər bizim düşüncəmizdədir. Nələrə isə sahib olmaq üçün ilk öncə beyinimizdəki əngəlləri qaldırmalıyıq.

Aytac ASƏFQIZI, Hurriyyet.org