Paşinyan-Putin görüşündə protokolla razılaşdırılmamış şəxs iştirak edib - Poğosyan haqqında nə danışılıb?

Paşinyan-Putin görüşündə protokolla razılaşdırılmamış şəxs iştirak edib - Poğosyan haqqında nə danışılıb?

Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüş zamanı protokolla razılaşdırılmamış şəxs iştirak edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, həmin şəxsin "Biznes-Armenia" fondunun icraçı direktoru Davit Papazyan (Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Vahan Papazyanın oğlu) olduğu bildirilir.

Erməni KİV-ləri bu barədə Paşinyanın mətbuat xidmətinin rəhbəri Vladimir Krapetyana sorğu göndərib.

"Davit Papazyan bizimlə Sankt-Pterburqa getmişdi. Biz orada rus həmkarımız Kiril Dmitrev ilə iqtisadi forum çərçivəsində razılaşma imzalamışdıq. Bundan sonra isə həmin gün Ermənistana qayıtmışıq", - deyə o cavabında bildirib.

Karapetyan, "Bütün hallarda, o, Putin ilə görüşdə iştirak edib?" sualına isə belə cavab verib: "Bəli, o, erməni nümayəndə heyətinin tərkibində, Kiril Dmitrev isə rus nümayəndə heyətinin tərkibində həmin görüş zamanı iştirak edirdi".

Məlumata görə, görüş zamanı Rusiyada həbs olunmuş erməni general Mihran Poğosyan haqqında da danışılıb. Bununla bağlı Arsen Xaçatryan öz "Facebook" səhfəsində tələsik yazıb ki, KİV bu məlumatı Papazyana aid edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA