Paşinyan Davosda İlham Əliyevlə görüşünün TƏFƏRRÜATLARINI AÇIQLADI

Paşinyan Davosda İlham Əliyevlə görüşünün TƏFƏRRÜATLARINI AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Davosda Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşün bəzi təfərrüatlarını “Facebook” səhifəsindəki canlı yayımda açıqlayıb və eyni zamanda erməni ictimaiyyətinin gələcək görüş barədə məlumatlandırılmaması ilə bağlı öz ünvanına səslənmiş tənqidi fikirlərə münasibət bildirib.

Virtualaz.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan canlı yayımda bunları deyib: “Məlum olduğu kimi, bu, İlham Əliyevlə sayca üçüncü görüşdür. Son aylar ərzində biz ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə müzakirələrimizdə qeyd etmişdik ki, hardasa bizim iştirakımızla tədbir keçirilirsə, görüşlərdən yayınmaq lazım deyil. Bu, qeyri-rəsmi görüşlərdir, onları danışıqların rəsmi başlanğıcı kimi qiymətləndirmək olmaz”.

O deyib ki, Davosdakı forumun təşkilatçıları Azərbaycan və Ermənistan liderlərinin hər birindən ayrılıqda söhbət etməyi istəyib-istəmədiklərini soruşublar və həm İ.Əliyev, həm də N.Paşinyan buna razılıqla cavab verib.

“Görüş üçün əsas o oldu ki, bir yerdə olduğumuz təqdirdə ən azı bundan yayınmayacağımız barədə razılaşma olmuşdu”, - Ermənistan hökumətinin başçısı deyib.

Onun sözlərinə görə, Davosda, bütün əvvəlki görüşlərdə olduğu kimi, danışıqlar prosesinin tarixi, tənzimlənmə üçün şəraitin yaradılması imkanları, mövcud maneələr və s. müzakirə edilib. Bu zaman heç bir konkretləşdirmə olmayıb, təfərrüatlar müzakirə olunmayıb. Paşinyan vurğulayıb ki, artıq verilmiş bəyanatlar Davosdakı söhbətin məzmununu tamamilə açır.

“Birdəfəlik bunu qeyd etməyi lazım bilirəm ki, heç bir qəsd ola bilməz. Bu iddialar absurddur. Ola bilməz, vəssalam. Belə söhbətlər vəziyyətin düzgün anlaşılmamasının nəticəsidir”, - Paşinyan qeyd edib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev RİA “Novosti”nin jurnalisti ilə söhbətində Ermənistan rəhbərliyi ilə əlaqələr mövzusuna toxunaraq bildirmişdi ki, tam formatda danışıqlar hələ olmayıb, lakin artıq bir neçə faydalı söhbət olub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA