Paşinyan əraziləri qaytarmamaq üçün bunu edəcək - SENSASİON PLAN

Paşinyan əraziləri qaytarmamaq üçün bunu edəcək - SENSASİON PLAN

Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Mins qrupunun həmsədrlərinin son bəyanatından sonra yeni plan üzərində fikirləşir.

Bu haqda Ermənistanın “Past” nəşri mənbələrinə istinadən yazıb.

“Ölkə hakimiyyətində Qarabağ məsələsi üzrə bir neçə variant var. Ancaq xüsusilə ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatından sonra, bizim məlumatlarımıza əsasən, Paşinyan yeni plan üzərində düşünməyə başlayıb. O, çox xoş olmayan proseslərin perspektivi halında növbəti “günah keçisi”ni axtarmağa başlayacaq və məsuliyyəti xarici siyasətə görə cavabdeh şəxs kimi Zoqrab Mnatsakanyanı üzərinə qoyacaq. Bu halda, o sadəcə bir tərəfdən vaxt udmaq, digər tərəfdən günahın bütün yükünü Zoqrab Mnatsakanyanın üzərinə qoymaq üçün onu əvəzləyəcək”, - nəşr qeyd edib.

Qeyd edək ki, Minsk qrupu bu günlərdə bəyanatla çıxış ediblər. Həmsədrlər İrəvanı fitnəkar ritorikadan çəkinməyə və danışıqların Dağlıq Qarabağın ətrafındakı rayonların Azərbaycana qaytarılması prinsipi əsasında aparılmasına çağırıblar. Ekspertlər hesab edir ki, bu, rəsmi İrəvanın mövqeyini darmadağın edən bəyanatdır və Ermənistanın substantiv danışıqlardan qaçmaq imkanlarını məhdudlaşdırır./publika.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA