“Paşinyan Ermənistan prezidentlərinin hər birindən təhlükəlidir” - POLİTOLOQ

“Paşinyan Ermənistan prezidentlərinin hər birindən təhlükəlidir” - POLİTOLOQ

Qabil Hüseynli: “Azərbaycan təcavüzakarın niyə ümidlərini doğrultmalıdır ki?!”

“Dünya praktikasında vuruşan iki ölkənin hansında görünüb ki, təcavüzə məruz qalan təcavüzkarın etimadını doğrultsun. Bu, çox səfeh, tənqidə layiq olmayan bir mövqedir. Bu ermənilərə məxsus olan həyasızlığın, üzədurmanın bir formasıdır”

Ermənistanın baş naziri Nikol Paşinyan həmişəki kimi Qarabağ konflikiti ilə bağlı ziddiyyətli, ancaq özlərini düşünən bəyanatlar səsləndirməkdədir. Avropa Parlamentinin Xarici İşlər Komitəsinin iclasında çıxışı zamanı Paşinyan deyib ki, Azərbaycan tərəfi Qarabağ konfliktinin həlli ilə bağlı danışıqlar çərçivəsində ümidləri doğrultmadı.

Görəsən, ölkəsinin işğalçı olduğunu bilən Paşinyan hansı məntiqlə Azərbaycandan danışıqlar çərçivəsində ümid gözləyir? Heç Paşinyan baş nazir təyin olunandan bəri Azərbaycan prezidenti ilə rəsmi görüşü belə olmayıb. Buna baxmayaraq, bu cür məzmunsuz bəyanat verir. Görünür, 2-3 dəfə prezident İlham Əliyevlə qeyri-rəsmi görüşdə Paşinyan Azərbyacan prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətiyyətli fikirləri ilə üzləşib, ona görə də “Azərbaycan tərəfi Qarabağ konfliktinin həlli ilə bağlı danışıqlar çərçivəsində ümidləri doğrultmadı” deyir.

Avropa Parlamentinin Xarici İşlər Komitəsinin iclasında çıxış edən Paşinyan onu da qeyd edib ki, konfliktin hərbi həlli ola bilməz: “Biz gərək sülhlə həll üçün atmosfer yaradaq. Bizim hakimiyyət bunun üzərində çalışır. Sentyabrda mən bizim parlamentdə görünməmiş bəyanat səsləndirib dedim ki, istənilən qərar Dağlıq Qarabağın erməni əhalisi və Azərbaycan əhalisi üçün qəbul edilən olmalıdır”.

Əslində, Paşinyanın dedikləri hamısı cəfəngiyyatdır, onun hökuməti nə sülhlə həll üçün atmosfer yaradır, nə də bunun üzərində çalışır. Bu halda isə konfliktin hərbi həlli qaçılmazdır.

Paşinyan həmçinin sentyabrda verdiyi “görünməmiş bəyanat”ına Azərbaycan tərəfindən oxşar açıqlama gözlədiyini söyləyib: “Təəssüf edirəm ki, bu ümidlərim gerçəkləşmədi. Əksinə, biz Azərbaycandan konflikti Dağlıq Qarabağ əhalisinin maraqlarını nəzərə almadan hərbi yolla həll etməklə bağlı daimi təhdidlər eşidirik. Biz Azərbaycanı dialoq qurmağa məcbur etməliyik”.

Paşinyan, əslində, sülh danışıqlarında “Dağlıq Qarabağın iştirakı” bəhanəsi ilə uzun müddətdir prosesi dalana dirəyibsə və dialoq qurmağa məcbur olunmalı tərəf Ermənistandırsa, sual olunur ki, Azərbaycanı dialoq qurmağa necə, hansı vasitə ilə məcbur edə bilər?

Bir neçə gün öncə, “İranda Qarabağın Azərbaycanlı icmasını Azərbaycanın prezidenti və digər rəsmi şəxsləri onsuz da danışıqlarda təmsil edir, amma Ermənistanın Qarabağın erməni icmasını təmsil etməyə mandatı yoxdur” deyən Paşinyanın fikrindən anlaşılan budur ki, Azərbaycanı güzəştə getməklə, dialoq qurmağa məcbur etməyi düşünür. Amma nə Azərbaycan hökuməti, nə də xalqı işğalçı ermənilərə bu cür güzəştə gedən deyil. Azərbaycan müstəqil dövlətdir, heç bir dövlət, yaxud da qurum ölkəmizi güzəştli sülhə məcbur edə bilməz.

“Bu avanturist aşkar işarə verir ki, o danışıqlar prosesində bu cür mövqeyi tutmaqda davam edəcək”

Картинки по запросу Qabil Hüseynli

Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışını şərh edən keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, bu, ya dəlidir, ya da həddindən artıq hiyləgərdir: “Bu adam çox təhlükəli adamdır. Sözün əsl mənasında indiyə qədər Ermənistana başçılıq etmiş prezidentlərin hər birisindən təhlükəli və avanturist adamdır. Deyir, “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Azərbaycan işğala, təcavüzə məruz qalmış ölkədir, sən isə təcavüzkar dövlətin başında durursan, ay utanmaz millətçi. Azərbaycan sənin çaldığın hava ilə oynayası deyil ki, özünün torpaqlarını işğaldan azad etməlidir, ərazi bütövlüyünü təmin etməlidir. Bir də ki, Azərbaycan təcavüzakarın niyə ümidlərini doğrultmalıdır ki?! Dünya praktikasında vuruşan iki ölkənin hansında görünüb ki, təcavüzə məruz qalan təcavüzkarın etimadını doğrultsun. Bu, çox səfeh, tənqidə layiq olmayan bir mövqedir. Bu ermənilərə məxsus olan həyasızlığın, üzədurmanın bir formasıdır. Ona görə də bu avanturist aşkar işarə verir ki, o danışıqlar prosesində bu cür mövqeyi tutmaqda davam edəcək”.

“Azərbaycan onun çaldığı hava ilə oyanamayacaq ki..”

“Paşinyan hökumətinin Qarabağ konfliktinin sülhlə həll üçün atmosfer yaratdığını, onun üzərində çalışdığını görürsünüzmü” sualına Q. Hüseynli belə cavab verdi: “Qətiyyən. Bu, anormal olduğu kimi də, müəyyən anormallara xas olan hiyləgərlikdir. Sülh üçün nə mühit yaradırlar? Sən əgər qeyd edirsən ki, torpaqları qaytarmayacaqsan, “sülh əvəzinə, torpaq verəsi deyilik” və. s deyirsənsə, bəribaşdan hər şeyin içərisinə zəhər qatırsan. Belə olanda Azərbaycan onun çaldığı hava ilə oyanamayacaq ki. Təbii ki, Azərbaycan öz siyasi xəttini yürüdəcək. Əgər söhbət sülh üçün xalqı hazırlamaqdan gedirsə, sən öz danışığına, oturuşun, duruşuna fikir ver, üstəlik başqalarını qınayırsan. Bu gün onun danışmağa haqqı yoxdur, öz xalqı üçün danışa bilər, amma Azərbaycan xalqı üçün danışmağa mənəvi haqqı yoxdur. Azərbaycan xalqı onun danışdıqlarını saya salmır”.

“Cəmi sayı 5 milyon olan erməni 50 milyonluq azərbaycanlının qisas məqamından qurtula bilməyəcək”

Q. Hüseynli vurğuladı ki, Azərbaycanı dialoq qurmağa heç kim məcbur edə bilməz: “Çünki qarşı tərəf dialoq istəmir. Qarşı tərəfin müdafiə naziri yeni hücum əmrindən danışır, müdafiə taktikasından imtina edir, hərbə səylə hazırlaşdıqlarını deyir, bunun özü “torpaq əvəzinə, sülh olmayacaq” deməkdir, sülh tezisinin əleyhinə çıxır. Azərbaycana buna bənzər digər mənasız fikirləri ilə gözdağı verməyə çalışır. Bunların bir çoxu danışanda deyir ki, “qan töküb torpağı almşıq, qan töküb torpağınızı geri qaytarın”. Ermənilərin böyük əksəriyyəti bu cür düşünür. Azərbaycan nə etməlidir? Azərbaycan da müəyyən qədər danışıqlarda cəhd göstərəcək və ondan sonra bu cəhdlər Paşinyanın kütbeyin ifadələri ilə qarşılaşdıqda məcbur olacaq ki, sülh danışıqlarından imtina etsin və müharibəyə hazırlaşsın, hərb variantını seçəcək, onsuz da ermənilər bu torpaqda yaşayırsa, cəmi sayı 5 milyon olan erməni 50 milyonluq o taylı, bu taylı, bütün dünyadan yaşan azərbaycanlıların qisas məqamından qurtula bilməyəcək. 5 milyon erməni özündən 10 dəfə böyük olan, tarixə imperiyalar vermiş bir xalqın torpağını mənimsəyib, onun üstündə otura bilməz. Ermənilər qulağını açıb, bunu birdəfəlik başa düşməlidirlər. Əgər istəyirlər ki, illər boyu bu qarşıdurmalar davam etsin, davam edəcək və paylarını da alacaqlar”.

“Ermənilərə təzyiq göstərib, onları sülh danışıqlarına məcbur etmək lazımdır”

“Paşinyan Azərbaycanı dialoq qurmağa məcbur etməliyik” fikrini Avropadan səsləndirməklə, nə demək istəyir. Yəni Avropanın Azərbaycana təsir etməsi üçün çağırış edir” sualını isə Q. Hüseynli belə cavablandırdı: “Dialoq uydurma bir şeydir. O, sülh danışıqlarına getmək istəmir, hansı dialoqdan söhbət aça bilər? Əksinə, indi Azərbaycanın irəli sürdüyü tezis Ermənistanı sülhə məcbur etmək tezisidir, onun içərisində dialoq da, hər şey də var. Bu gün danışıqlar prosesini pozan, danışıqlara qeyri-konstruktiv yanaşan Ermənistandır, ona görə də Azərbaycan beynəlxalq təşkilatlardan tələb edir ki, Ermənistanı sülh danışıqlarına məcbur etsin, çünki ortada BMT-nin 4 qətnaməsi, digər beynəlxalq sənədlər, böyük ölkələrin, qurumların çağırışları var. Ermənistan bunların heç birinə məhəl qoymur, məhəl qoymayan, danışıqlara getmək istəməyən hansı məntiqlə Azərbaycanı dialoqa məcbur etdirmək istəyir? Sən özün sülh danışqılarına getmirsən, sülh danışıqları da dialoq deməkdir, əksinə, ermənilərə təzyiq göstərib, onları sülh danışıqlarına məcbur etmək lazımdır”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA