Paşinyan: “İlham Əliyevlə söhbətin məzmununu açmaq etikadan kənardır”

Paşinyan: “İlham Əliyevlə söhbətin məzmununu açmaq etikadan kənardır”

Heç bir nəticə gözlənilmirdi. Hurriyyet.org virtualaz.org-a istinadən xəbər veirr ki, bunu bu gün Moskvada keçirdiyi brifinqdə Ermənistan prezidenti Nikol Paşinyan Davosda Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüş barədə danışarkən deyib.

“Heç bir nəticə yoxdur. Bu, sadəcə olaraq, ünsiyyət idi. Nə Əliyev. Nə də mən nəticə gözləmirdik. Sadəcə, söhbət edirdik. Əlbəttə, Qarabağı müzakirə etdik. Lakin bu, rəsmi danışıqlar deyil, biz sadəcə olaraq, həmin problemi qavramağımız haqqında, xalqlarımızın bunu necə qavraması haqqında danışırıq”.

Əliyevlə söhbət zamanı ərazilərin qaytarılması və Xankəndinin danışıqlar masasında tərəf kimi çıxış etməsinin müzakirə edilib-edilməməsi sualına cavab verərkən Paşinyan qeyd edib ki, bütün söhbət onun əvvəllər səsləndirdiyi fikirlər çərçivəsində aparılıb: “Mən əvvəllər dediklərimi və mövqeyimi bildirdim. Dedim ki, Qarabağı deyil, Ermənistanı təmsil edirəm, çünki Qarabağ sakinləri Ermənistandakı seçkilərdə iştirak etmirlər və məni seçməyiblər. Onların öz hökumətləri, öz prezidentləri var. Buna görə də, mən Qarabağın adından danışıqlar apara bilmərəm. Mən Ermənistanın adından danışa bilərəm”, - Paşinyan vurğulayıb və əlavə edib ki, müzakirələrin tam məğzini aça bilməz və bu, etikadan kənardır.

Əliyevlə rəsmi danışıqlar məsələsinə toxunan Paşinyan bildirib ki, iki ölkənin XİN rəhbərləri danışıqlar aparırlar və hələlik konkret heç nə yoxdur.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA