Paşinyan İrəvanda “Heyvagülü” oynadı - VİDEO

  • 2019-09-10 18:11:53
  • |
  • Region /

Paşinyan İrəvanda “Heyvagülü” oynadı - VİDEO

Sosial şəbəkələrdəki erməni istifadəçiləri İrəvanda Baş nazir Nikol Paşinyanın da iştirak etdiyi “ilin toyu”na aid görüntüləri paylaşıblar.

Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, Çiçəklənən Ermənistan Partiyasının rəhbəri Qagik Çarukyanın qızı Anait və biznesmen Xaçatur Çarukyanın oğlu Albertin toyunda Paşinyan Azərbaycanın xalq rəqsi “Heyvagülü” sədaları altında oynayıb.

Qeyd edək ki, “Heyvagülü” – əsasında “Segah” muğamının dayandığı Azərbaycan xalq rəqsidir. Əsasən “qara zurna” ilə ifa edilir. Azərbaycanlılar arasında sözügedən rəqs həmçinin, “Ağabəy rəqsi” kimi tanınır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA