Paşinyan izahat istədi - "Köçəryana niyə zamin durmusan?"

Paşinyan izahat istədi - "Köçəryana niyə zamin durmusan?"

Ermənistan Baş naziri Nikol Paşinyan dünən Qarabağ separatçılarının rəhbəri Bako Saakyanla görüşü zamanı ondan niyə Robert Köçəryana zamin dayanmasının izahını tələb edib.

Bu məlumatı “Qraparak” qəzeti yayıb.

“Paşinyanın izahat tələbinə Saakyan onların Qukasyanla davranışında heç bir siyasi məqsəd olmadığını və yalnız humanizm göstərdiklərini deməklə kifayətlənib. Paşinyanla bərabər, Saakyan dünən Mənim Addımım Blokunun deputatlarıyla da görüşüb və onlara Qarabağda əks-inqilabın hazırlanmadığına zəmanət verib”, – deyə qəzet bildirib.

“Joxovurd” qəzeti Saakyanla deputatların görüşünün gərgin keçdiyini və birincinin suallara çox sakit cavab verdiyini yazıb. \\Axar.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA