Paşinyan Putinin köməkçisinin açıqlamasını təkzib etdi: “Ermənistan heç kimə müraciət etməyib”

  • 2018-12-05 17:22:03
  • |
  • Region /

Paşinyan Putinin köməkçisinin açıqlamasını təkzib etdi: “Ermənistan heç kimə müraciət etməyib”

"KTMT-nin baş katibi məsələsi konsensus yolu ilə həll olunacaq".

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib.

N.Paşinyan KTMT-nin 6 dekabra təyin olunmuş sammitinin Ermənistanın xahişi əsasında təxirə salındığı barədə Putinin köməkçisi Uşakovun dediklərini də təkzib edib: “Ermənistan heç kimə xahiş və təkliflə müraciət etməyib. Biz demişik ki, KTMT-nin baş katibi postuna namizədimiz var və biz davamlı şəkildə öz namizədimizlə bağlı danışıqlar aparırıq”.

Erməni baş nazir daha sonra deyib ki, baş katib məsələsi vacib məsələ deyil və bu barədə dəfələrlə bildirib. Ardınca təkrar edib ki, əsas məsələ KTMT-nin effektivliyi, qəbul olunan qərarların yerinə yetirilməsidir. Paşinyan deyib ki, növbəti görüşdə onlar mütləq bu məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, bir gün əvvəl Putinin köməkçisinin dediklərini Paşinyanın müavini də təkzib etmişdi.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA